Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |    
CityNews.az » Mədəniyyət » Musiqili Teatrda mükafatlandırma mərasimi keçirilib

Mədəniyyət / Cəmiyyət

Musiqili Teatrda mükafatlandırma mərasimi keçirilib


Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 111-ci mövsümə yekun vurulub, il ərzində yaradıcılıq uğurları ilə seçilən, teatrın inkişafında xidmətləri olan əməkdaşlarının bir qrupu mükafatlandırılıb.

MAGAZINEWS.AZ xəbər verir ki, tədbir teatrın ənənəvi mükafatlandırma mərasimlərindən bir qədər fərqli olaraq “Zoom” proqramı ilə həyata keçirilib.

Vətən Müharibəsində canlarını fəda etmiş qəhrəmanlarımızın, o cümlədən  teatrın işiqçısı, şəhid Əliağa Məmmədovun əziz xatirəsi ehtiramla yad olunub. 

Tədbirin aparıcıları – Əməkdar artist, Prezident mükafatçısı Əkbər Əlizadə və istedadlı aktrisa Mehriban Zaliyeva teatr kollektivinin İkinci Qarabağ Müharibəsi zamanı arxa cəbhədə də yorulmaz fəaliyyətindən, yaradıcılıq əzmindən  söz açıblar.  

Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bu tədbirin ilk dəfə belə formatda təqdim olunmasına diqqət çəkərək ötən bir il ərzində yaradıcı insanların  qarşılaşdığı bütün maneələrdən, eləcə də çətinliklərin fonunda qazanılan uğurlardan danışıb:

"Dünyanı cənginə alan pandemiya teatrların düzəninə olduqca mənfi təsir etdi. Amma buna baxmayaraq kollektivimiz ən sərt karantin dönəmində, eyni zamanda 44 günlük Vətən Müharibəsi günlərində belə yorulmadan, əzmlə çalışdı və fəaliyyətimizlə Ali Baş Komandanın ətrafında həmrəyliyimizi bir daha sübut etdik. Biz bu tarixi dönəmdə bir daha əmin olduq ki, birliyimizlə daha çox nailiyyətlər əldə edə bilərik. Bu tədbirdə də əsas məqsədimiz teatrda çalışan gənclərin gələcək fəaliyyətlərinə  stimul verməkdir".

Mükafatlandırma mərasimində teatrın mühafizə xidmətinin kollektivi və nümunəvi xidməti ilə seçilən əməkdaşları – quruluşçu rejissorları Əməkdar incəsənət xadimi Əsgər Əsgərov və Samir Qulamov, tanınmış aktyorlar – Emil Heydərov, Nicat Əli, Zaur Əliyev, bədii quruluş hissə müdiri Qabil Gözəlov, quruluşçu operator və montajçı Hikmət Şahverdizadə, mətbuat katibi Fəridə Aslanova, orkestr artisti Firuzə Nəcəfli mükafata layiq görülmüşlər. 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov və “Səssiz dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aida Səfərova da mükafatlandırılıblar.

Mərasimdə həmçinin Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi “Büllur alma” mükafatı da təqdim olunub; “Mövsümün ən işgüzar rejissoru” – teatrın quruluşçu rejissoru Samir Qulamov və “Vətən müharibəsində göstərdiyi şücaətə görə” balet artisti Murad Ağayev “Büllür alma”nın sahibi olublar. 
  
Sonda teatrın gənc və istedadlı solistləri – Hidayət Əliyev və Nigar Qarayeva vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər. 

Mükafatlandırma mərasiminin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. 

Qeyd edək ki, tədbirin videoyazısı iyul ayının 4-də saat 19:00-da teatrın rəsmi “Feysbuk” səhifəsində nümayiş olunacaq.