Valyuta məzənnəsi:
17:35 "Bir "Bayatı-şiraz"ın var, indi xırıldayırsan, OXUMURSAN!"  |     16:35 Əlikram efirdə AĞLADI: “Özümə bağışlaya bilmirəm” - VİDEO  |     16:10 "O uşaqdır, cavab vermədim, anası Rəqsanə ilə danışdım"  |     15:33 "O videoda lüt deyiləm, 5 milyon baxış gəlib, nəyi yüngüllükdür? - VİDEO  |     15:15 “Beşiktaş” İngiltərədən futbolçu transfer etdi  |     14:25 Röyanı görüb tanımayan Elgizin reaksiyası güldürdü - VİDEO  |     14:04 "Bavariya" onunla bağlı qərarını verdi  |     13:33 Həmin liseydə Əməkdar artistin övladı da olub  |     13:15 Süni mayalandırma etdirdilər, uşaqları qara dərili oldu  |     11:45 Prezident Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  |     11:35 "Dostlarım var ki, pulu ütüləyib saxlayırlar"  |     11:01 “Fatihin ayılmamağı daha yaxşı oldu”  |     10:47 Pol Poqba heyətdən kənarlaşdırıldı  |     10:35 "2 dəfə evləndim, yenə "ər çörəyi" yeyə bilmədim"  |     10:32 Bakıda şagird müəllimi güllələdi  |     10:23 Barselona" maaşını azaltmaq istəyir  |     09:50 Öldürülən qadınlar Epşteynin əmri ilə orada basdırılıblar  |     09:35 "Aşk-ı Memnu"nun məşhur aktyoru yeni SERİALDA - FOTO  |     09:20 "Liverpul" 100 milyonluq oyunçu alacaq  |     18:10 “Meşə kralının arvadıyam” - FOTOlar  |    
CityNews.az » Əsas » Azərbaycanda meymunçiçəyi aşkarlandı - RƏSMİ

Əsas / Son xəbərlər / Cəmiyyət / Ölkə / Tibb / Sağlamlıq

Azərbaycanda meymunçiçəyi aşkarlandı - RƏSMİ


Azərbaycan meymunçiçəyinə yoluxma halı aşkarlanıb.

Citynews.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və TƏBİB-in birgə məlumatında deyilir.

"22 yaşlı Azərbaycan vətəndaşı 02-11 yanvar 2025-ci il tarixlərində xarici ölkəyə turistik səfər etmiş və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etmişdir.

Həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.

Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.


Hazırda xəstə hospitalizasiya edilmiş və xəstəxana şəraitində müalicə alır.

Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülmüş, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar.

Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək", - birgə məlumatda bildirilir.