Valyuta məzənnəsi:
17:35 "Bir "Bayatı-şiraz"ın var, indi xırıldayırsan, OXUMURSAN!"  |     16:35 Əlikram efirdə AĞLADI: “Özümə bağışlaya bilmirəm” - VİDEO  |     16:10 "O uşaqdır, cavab vermədim, anası Rəqsanə ilə danışdım"  |     15:33 "O videoda lüt deyiləm, 5 milyon baxış gəlib, nəyi yüngüllükdür? - VİDEO  |     15:15 “Beşiktaş” İngiltərədən futbolçu transfer etdi  |     14:25 Röyanı görüb tanımayan Elgizin reaksiyası güldürdü - VİDEO  |     14:04 "Bavariya" onunla bağlı qərarını verdi  |     13:33 Həmin liseydə Əməkdar artistin övladı da olub  |     13:15 Süni mayalandırma etdirdilər, uşaqları qara dərili oldu  |     11:45 Prezident Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  |     11:35 "Dostlarım var ki, pulu ütüləyib saxlayırlar"  |     11:01 “Fatihin ayılmamağı daha yaxşı oldu”  |     10:47 Pol Poqba heyətdən kənarlaşdırıldı  |     10:35 "2 dəfə evləndim, yenə "ər çörəyi" yeyə bilmədim"  |     10:32 Bakıda şagird müəllimi güllələdi  |     10:23 Barselona" maaşını azaltmaq istəyir  |     09:50 Öldürülən qadınlar Epşteynin əmri ilə orada basdırılıblar  |     09:35 "Aşk-ı Memnu"nun məşhur aktyoru yeni SERİALDA - FOTO  |     09:20 "Liverpul" 100 milyonluq oyunçu alacaq  |     18:10 “Meşə kralının arvadıyam” - FOTOlar  |    
CityNews.az » Əsas » Nəzrinin ölümünə görə həkim Sənan Mehdiyev saxlanıldı - FOTO

Əsas / Son xəbərlər / Kriminal / Tibb / Cəmiyyət / Ölkə

Nəzrinin ölümünə görə həkim Sənan Mehdiyev saxlanıldı - FOTO


Bakıda burun əməliyyatı zamanı vəfat edən Nəzrin Mansurlunun ölüm faktı ilə bağlı əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev saxlanılıb.

Citynew.Az Report-a istinadla xəbər verir ki, Sənan Mehdiyev Nəsimi Prokurorluğunda davam edən cinayət işi çərçivəsində şübhəli şəxs qismində saxlanılıb.

Onun 48 saat ərzində məhkəmə qarşısına çıxarılması gözlənir.

Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.


İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.