Valyuta məzənnəsi:
20:29 Dilarənin səhnə geyimi MÜZAKİRƏ YARATDI - VİDEO  |     20:04 Şairə Cığatel qəzada ölən nəvəsindən danışıb AĞLADI - VİDEO  |     17:23 Qorqudun Avroviziya 2024 mahnısının təqdimatı keçirildi - FOTO/VIDEO  |     16:35 Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO  |     16:13 Xalq artistlərinin HİND RƏQSİ - VİDEO  |     16:13 Xalq artistlərinin HİND RƏQSİ - VİDEO  |     23:44 Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli oldu  |     16:33 “Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında  |     15:04 "Özümü marka olaraq görürəm" - VİDEO  |     14:51 Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     14:19 Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ  |     13:54 Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO  |     12:42 "Belə ərim olduğuna görə çox xoşbəxt və şanslıyam" - VİDEO  |     12:03 Xatunun hədiyyəsi Fatiməni AĞLATDI - VİDEO  |     10:27 Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb - FOTO  |     09:28 "Mən kökəlmək istəmirəm" - VİDEO  |     22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |    
CityNews.az » Mədəniyyət » IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı qalibləri elan etdi

Mədəniyyət / Kino / Cəmiyyət

IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı qalibləri elan etdi



Bakıda 3-7 sentyabr 2021-ci il tarixində canlı formatda IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib.


MAGAZINEWS.AZ xəbər verir ki, festivalda beş gün ərzində 40 ölkədən 200-ə yaxın uşaqlar və böyüklər üçün çəkilmiş müxtəlif animasiya filmləri nümayiş etdirildi. Festivalın builki mövzusu “Əlillik” idi.


Bununla yanaşı, gənc animasiya həvəskarlarını nəzərdə tutan və Azərbaycan animasiya sənətinin inkişafını təşviq edən müxtəlif vörkşoplar, o cümlədən Məsud Pənahinin ustad dərsi, Olivier Catherinin kino və animasiya produserləri üçün masterklası və Nik Phelps və Nancy Denney-Phelps tərəfindən bəstəkarlar və səs rejissorları üçün seminar baş tutdu.


IV ANİMAFİLM festivalında beynəlxalq münsiflər heyətinin tərkibi Məsud Pənahi(Azərbaycan),Olivier Catherin(Fransa),Nancy Denney-PhelpsNik Phelps(Belçika),Mariam Kandelaki(Gürcüstan),İradə Bağırzadə(Azərbaycan),Piotr Kardas(Polşa),Mehdi KhorushyMaryam Rouhbakhsh(İran) kimi peşəkarlardan ibarət olub.Nancy Denney-Phelpsmünsiflər heyətinin sədri idi.

Ənənəvi olaraq bu il də festivalın uşaq münsifləri də fəaliyyət göstərirdi. 18 üzvdən ibarət olan bu heyət festival müddətində maarifləndirici və əyləncəli uşaq proqramında iştirak etdikdən sonra “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı animasiya filmi” kateqoriyalar üzrə iki qalib seçdilər.


Sentyabrın 7-də ANİMAFİLM festivalının bağlanış mərasimində qaliblər elan olundu. Bu il “Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” təsvir rejissoru Ramiz Ağayev festivalın “Qızıl qayıq” mükafatına layiq görüldü.



Beynəlxalq müsabiqənin qalibləri


“Ən yaxşı tammetrajlı animasiya filmi - GRAND PRIX” -“The Knight and the Princess”, rejissorlar Bashir EldikIbrahim Musa,Səudiyyə Ərəbistanı, Misir.


“Ən yaxşı qısametrajlı animasiya filmi - GRAND PRIX” -Kitchen by Measure, rejissorlar Sólrún Ylfa IngimarsdóttirAtli Arnarsson,İslandiya.


“Qısametrajlı animasiya filmi üçün ən yaxşı ssenari - GRAND PRIX” -Weird Witches and Fall, müəllif Lana Ra,Ukrayna.


“Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” -Emsahar, rejissor Hassan Al-Jahni,Qətər.


“Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı animasiya filmi” -Monster, rejissor Koosha Yusefi,İran.


“Ən yaxşı qısametrajlı eksperimental və ya abstrakt animasiya filmi” -Rites of Spring, rejissor Yiorgos Tsangaris,Kipr.


“Ən yaxşı qısametrajlı tələbə animasiya filmi” - Three Jumps to Happiness, rejissorArtur Hanaj. Polşa.


“Ən yaxşı televiziya və ya İnternet animasiya seriyalı” -Mitch-Match, rejissor Géza M. Tóth,Macarıstan.


“Ən yaxşı musiqili animasiya videosu” -Agapito, rejissorlar Rafael Vidal AltabertJulián Gómez Caballero,İspaniya.


Yerli müsabiqənin qalibləri


"Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" -“Araqçın”, rejissor Firəngiz Qurbanova. Azərbaycan.

“Qısametrajlı animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi” -“Balaca qırmızı şar”, müəllifGünel Eminli. Azərbaycan.


Beynəlxalq münsiflər heyətinin xüsusi seçimi mükafatları


SədrNancy Denney-Phelps-inxüsusi seçimi mükafatı -“Swipe”, rejissorArafat Mazhar, Pakistan.


Heyətin üzvüNik Phelps-inxüsusi seçimi mükafatı-“Navozande, the Musician”, rejissorReza Riahi, Fransa.



Heyətin üzvüMəsud Pənahininxüsusi seçimi mükafatı-“İnitli”, rejissorRuslan Kərimov, Azərbaycan.

Heyətin üzvüOlivier Catherin-inxüsusi seçimi mükafatı-“The Red Pen”, rejissorRaffaele Gabrielli, İngiltərə.


Heyətin üzvüPiotrKardas-ınxüsusi seçimi mükafatı-“Sisters”, rejissorAndrea Szelesová,Çex Respublikası.


Heyətin üzvü Maryam Kandelaki-ninxüsusi seçimi mükafatı-“Nothing is Here”, rejissorKaiyun Yang, Tayvan.


Heyətin üzvü Mehdi Khorushy-nin vəMaryam Rouhbakhsh-inxüsusi seçimi mükafatı–“Tio”, rejissorJuan Medina, Meksika.



Təşəkkür edirik!

Festivalın təşkilatçısı “PERİ FİLM” MMC şirkəti, IV ANİMAFİLM Festivalının ərsəyə gəlməsində dəstəyi olan bütün tərəfdaşlara və dostlara, xüsusilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Kinematoqrafçılar İttifaqına, Kreativ Azərbaycan portalına, Fransanın Azərbaycandakı səfirliyinə, Azərbaycandakı Fransız İnstitutuna, Annecy Beynəlxalq Animasiya Film Festivalına, Salaam Sinemaya, “Hadigro” şirkətinə, “Mr Chemical” şirkətinə, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinə, Çexiya Respublikasının Azərbaycandakı səfirliyinə, YARAT Müasir İncəsənət Məkanına, Polşa Respublikasının Bakıdakı səfirliyinə, “Ritual Mobil Theater Laboratory” teatr platformasına, “Seni” şirkətinə, “Promo Plus” şirkətinə, “Kekalove Adaptive Fashion” şirkətinə səmimi təşəkkürünü bildirir.