Valyuta məzənnəsi:
18:10 "Gözlərimi içəridən kəsib əməliyyat etdilər"  |     17:10 Oğluna aldığı bahalı hədiyyələri nümayiş etdirdi - VİDEO  |     15:14 Elçin Məsiyev Almaniya klubunun matçını idarə edəcək  |     14:53 Mənzurə canlı efirdə makiyajını SİLDİ - VİDEO  |     13:35 Xalq artisti dəbdəbəli evini nümayiş etdirdi - VİDEO  |     13:30 Prezidentin Rixard Raşi ilə təkbətək və geniş tərkibdə görüşləri olub  |     12:23 Həmyerlimiz 48 uşaq doğan 41 yaşlı qadının qonağı olub - VİDEO  |     12:15 "Bacımın müğənni olmağını istəmirəm, əri yığıb dedi ki..."  |     10:45 Sevil-Sevinc “ana oldu” - FOTO  |     10:10 Mbappe ilə bağlı "Real"a pis XƏBƏR  |     09:25 Belçika yığmasının keçmiş futbolçusu vəfat etdi  |     09:23 Bakının qonağı olan Sinem Kobalın baxışları və hərəkəti müzakirə yaratdı - VİDEO  |     18:20 "Real"ın ulduzu 4 ay oynaya bilməyəcək  |     18:11 "Çelsi"nin oyunu azərbaycanlı hakimə tapşırıldı  |     18:05 Ayan ölümlə üz-üzə qaldı  |     17:45 Afət canlı ifa etdi - izləyiciləri ilə "qırğına çıxdı" - VİDEO  |     17:15 "Anam bilir ki, atamı SEVMİRƏM"  |     16:50 "Qarabağ" - "Ayaks" matçına satılan biletlərin SAYI  |     15:20 Dünya yeni müharibə astanasında - Minlərlə əsgər orduya qatıldı  |     13:50 "Qarabağ"la oyun öncəsi "Ayaks"ın heyətində ciddi İTKİLƏR  |    
CityNews.az » Əsas » Taleh Kazımov oğurlanmış 80 minlə bağlı DANIŞDI

Əsas / Son xəbərlər / İqtisadiyyat / Kriminal / Ölkə

Taleh Kazımov oğurlanmış 80 minlə bağlı DANIŞDI


Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bir neçə gün əvvəl Milli Qəhrəman Hökümə Əliyevanın atasının kartından 80 min manatın oğurlanması və aidiyyəti bankın dərhal addımlar ataraq balansdan oğurlanan məbləğin geri qaytarılması ilə bağlı sualı cavablandırıb.

Citynews.Az xəbər verir ki, o bu barədə faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında danışıb.

ABM sədrinin sözlərinə görə, informasiya və kibertəhlükəsizlik vacib amillərdir:

"Əksər hallarda vətəndaşlara qarşı dələduzluq məbləği aşağı olur. Bir çox hallarda bu dələduzluq halları xaricə gedib çıxır. Onu araşdırmaq, analiz etmək vaxt alır. Lakin bu qeyd olunan halda dələduzluq ölkə daxilində olub. Ona görə də təcili araşdırılıb və tədbir görülüb".

Qeyd edək ki, bir neçə gün əvvəl Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından 80 507 oğurlanıb.

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu saxlanılıb. Oğurlanan vəsait geri qaytarılıb.