Valyuta məzənnəsi:
10:07 Yol polisi sürücülərə xəbərdarlıq etdi  |     12:15 Əhməddən yeni xəbər var: “Ata-anasının yolunu gözləyir" - FOTO  |     11:45 “Beyaz Show” ekrana qayıdır  |     11:05 Azərbaycanda zəlzələ oldu  |     11:05 Akopyanın Çin dilində danışması gündəm oldu - VİDEO  |     10:10 Yeni ailə quranlara 19 min manat veriləcək  |     09:53 Aysunun geyimi tənqid edildi - VİDEO  |     09:20 Yerdəyişmə ilə bağlı sənədlərin məktəblərə təqdim edilməsi üçün son gündür  |     21:33 Xabi Alonso "Real Madrid"dən göndərildi - yeni məşqçi təyin olundu  |     20:45 "60 yaşı var, qarını-ayaqları açıq formada..."  |     19:10 Nigar dekolteli geyimi ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     16:43 Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ  |     16:25 "Rəhim Rəhimlinim dəfnində o ağlayanlar ölümünə SEVİNƏNLƏR İDİ"  |     15:37 İlham Əliyev içməli su ilə bağlı vacib qanunu təsdiqlədi  |     15:30 Evlilik təklifi etdi - Biabır oldu - VİDEO  |     14:35 Tolik efirə yığıb məşhur müğənnini geyiminə görə BİABIR ETDİ - VİDEO  |     13:55 "Gündə 5 dəfə yeyirəm, 13 kilo ARIQLAMIŞAM"  |     13:45 Təyyarədə çay içməyin, əllərinizi də YUMAYIN - Səbəb  |     12:50 “Beşiktaş”dan Braziliya klubuna keçdi  |     12:35 Saba Tümer məşhur serialda rol alacaq  |    
CityNews.az » Əsas » Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışı başlayıb

Əsas / Son xəbərlər / İdman / F1

Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışı başlayıb


Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi üçün bilet satışına start verilib.

Bakı Şəhər Halqasından Citynews.Az-a verilən məlumata görə, azarkeşlər mövsümün ən həyəcanlı şəhər yarışına biletləri www.azerbaijangp.com rəsmi veb səhifəsindən əldə edə bilərlər. Həmçinin, "Baku City Circuit" mobil tətbiqi üzərindən 20 faiz güzəştlə bilet almaq mümkündür. Bu fürsət yalnız fevralın 5-dək davam edəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti azarkeşlərə 4 günlük biletlər təqdim edir. Hər il olduğu kimi, 3 günlük tribuna biletləri ilə yanaşı, bilet sahibləri Pit zolağı gəzintisi imkanı əldə edərək, sevimli F1 komandalarını, pilotları və onların qarajlarını yaxından izləmək təcrübəsi qazanırlar. Qeyd edək ki, ötən il Pit zolağı gəzintisində iştirakçı sayı rekord sayda olub. Yarış həftəsi ərzində keçiriləcək əyləncə proqramları ilə bağlı məlumatlar mütəmadi olaraq azarkeşlərə təqdim olunacaq.

Ötənilki Bakı yarışı həftəsonunda azarkeşlərin sayı son 8 ildə ən yüksək səviyyəyə çataraq, 76 min nəfərə yüksəlib.


75 illik yubileyini qeyd edən Formula 1 bu il möhtəşəmliyi ilə yaddaşlarda qalacaq. Yüksək maraqla gözlənilən Azərbaycan Qran-Prisi bu il də dünya avtoidmanının diqqətini paytaxtımıza yönəldəcək.

Qeyd edək ki, Bakının 9-cu dəfə ev sahibliyi edəcəyi sürət yarışı sentyabrın 19-21-də reallaşacaq. Bu, mövsümün 17-ci Qran-Prisi olacaq.