Valyuta məzənnəsi:
10:07 Yol polisi sürücülərə xəbərdarlıq etdi  |     11:45 “Beyaz Show” ekrana qayıdır  |     11:05 Azərbaycanda zəlzələ oldu  |     11:05 Akopyanın Çin dilində danışması gündəm oldu - VİDEO  |     10:10 Yeni ailə quranlara 19 min manat veriləcək  |     09:53 Aysunun geyimi tənqid edildi - VİDEO  |     09:20 Yerdəyişmə ilə bağlı sənədlərin məktəblərə təqdim edilməsi üçün son gündür  |     21:33 Xabi Alonso "Real Madrid"dən göndərildi - yeni məşqçi təyin olundu  |     20:45 "60 yaşı var, qarını-ayaqları açıq formada..."  |     19:10 Nigar dekolteli geyimi ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     16:43 Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ  |     16:25 "Rəhim Rəhimlinim dəfnində o ağlayanlar ölümünə SEVİNƏNLƏR İDİ"  |     15:37 İlham Əliyev içməli su ilə bağlı vacib qanunu təsdiqlədi  |     15:30 Evlilik təklifi etdi - Biabır oldu - VİDEO  |     14:35 Tolik efirə yığıb məşhur müğənnini geyiminə görə BİABIR ETDİ - VİDEO  |     13:55 "Gündə 5 dəfə yeyirəm, 13 kilo ARIQLAMIŞAM"  |     13:45 Təyyarədə çay içməyin, əllərinizi də YUMAYIN - Səbəb  |     12:50 “Beşiktaş”dan Braziliya klubuna keçdi  |     12:35 Saba Tümer məşhur serialda rol alacaq  |     12:16 Elnur Qasımov müdir təyin olundu  |    
CityNews.az » Əsas » “Qurban Qurbanov çox ağıllı məşqçidir”

Əsas / Son xəbərlər / İdman

“Qurban Qurbanov çox ağıllı məşqçidir”


"Bu matç hər iki komanda üçün vacibdir. FKSB üçün isə xüsusi matç olacaq. Çünki onlar ilk 8 yerdə qərarlaşmaq istəyirlər".

Milli.Az xəbər verir ki, bunu futbolinfo.az saytına açıqlamasında Rumıniyanın "UTA Arad" klubunun baş məşqçisi Mirça Rednik deyib.

Vaxtilə "Xəzər Lənkəran"da işləmiş mütəxəssis bu gün Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda baş tutacaq "Qarabağ" - FCSB görüşündən danışıb: "Qarabağ" da bu görüşdə qələbə qazanmaq niyyətindədir. Çünki Azərbaycan təmsilçisinin turnir cədvəlində vəziyyəti yaxşı deyil. Mən "Qarabağ"ın futbol mentalitetinə bələdəm, onlar qələbə qazanmaq üçün hər şeyi edəcəklər. Bunu əminliklə söyləyə bilərəm. FCSB də yaxşı heyətə sahibdir. Çünki onların prezidenti Cici Bekali imkanları geniş olan bir şəxsdir. Demək olar ki, Rumıniyadakı istedadlı gənc futbolçuların əksəriyyəti bu klubda çıxış edir. Həmçinin bu, Cici Bekali üçün biznesdir. O, gənc futbolçuları alıb yaxşı qiymətlərlə sata bilir. Demək olar ki, heyət tez-tez dəyişir, amma bu klubun hədəflərini dəyişmir. Onlar daim yüksək nəticələr üçün oynayırlar. Mən Bekalini gənclik illərindən tanıyıram. O, ambisiyaları daim yüksək olan biridir".

Rednik "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdan da söz açıb: "Qarabağ"a gəlincə, Qurban Qurbanovu da tanıyıram və ona qarşı mübarizə aparmışam. Hələ həmin illərdə öz istedadını ortaya qoymuşdu. Məqsədləri olan məşqçidir və bunu sübut etdi. Qurban Qurbanov çox ağıllı və xarakterli məşqçidir".


Rednik azarkeşlərin maraqlı matç izləyəcəyini də sözlərinə əlavə edib: "Açığı, düşünürəm ki, çox maraqlı oyun olacaq. Çünki FCSB hücum futbolu oynamağı sevən komandadır. Qurban Qurbanovun da oyun fəlsəfəsi hücum futbolu üzərində qurulub. Bu baxımdan iki tərəf də daha çox rəqib qapısı ağzında vaxt keçirməyə çalışacaq. Bu baxımdan maraqlı görüş olacaq. Azarkeşlər bu oyundan zövq ala bilərlər".

Təcrübəli məşqçi "hansı komandaya azarkeşlik edəcəksiz: Rumıniya liqasındakı növbəti rəqibiniz FCSB-yə, yoxsa onları yormağa çalışacaq "Qarabağ"a" sualına isə belə cavab verib: "FCSB-nin qələbəsini ona görə istəyərəm ki, o, Rumıniya komandasıdır. "Qarabağ" isə Qurban Qurbanovun əziyyəti və peşəkarlığı sayəsində yüksəklər gələn komandadır. Bu səbəbdən onların da qalibiyyətini istəyərəm. Buradan Lənkərana, Azərbaycana salam göndərirəm. Uğurlar arzu edirəm. Lənkəran mənim üçün hər zaman doğmadır".