Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Mədəniyyət » Əməkdar artist “Nizami ili”nə fotosessiya həsr etdi - FOTO+VIDEO

Mədəniyyət / Cəmiyyət

Əməkdar artist “Nizami ili”nə fotosessiya həsr etdi - FOTO+VIDEO


Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu baletmeysteri, Əməkdar artist Emin Əliyev “Nizami ili” ilə bağlı maraqlı bir layihəni reallaşdırıb.

MAGAZINEWS.AZ xəbər verir ki, böyük şairin obrazında kameralar önünə keçən tanınmış xoreoqraf dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyatının müxtəlif anlarını yaratdığı obrazda əbədiləşdirmək arzusu ilə foto çəkilişlər edib.

“Qalib əsgər”, “Sarı gəlin” kimi layihələrin iştirakçısı və quruluşçu baletmeysteri kimi sosial şəbəkə platformalarının izləyiciləri tərəfindən maraqla qarşılanan Emin Əliyev bu fotosessiya ilə əfsanəyə dönmüş mütəfəkkir şairin sevimli obrazını bu günümüzlə səsləndirib, onu bizə daha yaxın etməyə çalışıb.

“Nizami Gəncəvinin parlaq irsi xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilib. Nizami yaradıcılığı əsrlərdən bəridir ki, şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutur. Prezidentimiz cənab İlham Əliyevin müvafiq sərəncamı ilə bu il Azərbaycanda “Nizami ili” elan olunub. Mən də bir yaradıcı şəxs kimi bu bayrama – Nizaminin 880 illik yubileyinə öz töhfəmi vermək istədim və təşəbbusum teatrımızın rəhbərliyi tərəfindən müsbət qarşılandı. Artıq foto-albom kimi yaradıcılıq işimin ilk mərhələsi başa çatıb. Albomun sonunda tamaşaçılar “Ardi var…” anonsunu oxuyurlar. Bəli, bu albomun ardı çox maraqlı bir klip olacaq. Xoreoqrafiya sənəti ilə Nizaminin əbədiyaşar sətirləri bir daha hər kəsin qəlbinə yol tapacaq. Biz gözəl bir söz, rəqs, musiqi nümunəsini vəhdətdə nümayiş etdirməyə çalışacağıq”, - deyə Emin Əliyev bu barədə açıqlamasında bildirib.

Çəkilişlər üzərində tanınmış fotoqraf Ramil Aslanov, qrim ustası Aysel Hüseynova, kostyumçu Aynişan Məmmədova işləyiblər.

Layihədə SSRİ Xalq artisti, görkəmli bəstəkar Fikrət Əmirovun “Nizami” simfoniyasından istifadə edilmişdir.

Qüdrətli söz və fikir ustadının sətirlərini Musiqili Teatrın gənc aktyoru, Prezident mükafatçısı Əmrah Dadaşov səsləndirmişdir.

Çəkilişlər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılmışdır.