Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Mədəniyyət » Kino » “Rahibənin lənəti” premyeradan iki gün öncə “CinemaPlus”da”

Kino / Cəmiyyət

“Rahibənin lənəti” premyeradan iki gün öncə “CinemaPlus”da”

 “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında premyeradan 2 gün öncə Dolby Atmos formatında “Rahibənin lənəti” dəhşət filminin nümayişi keçirilmişdir. 

“Rahibənin lənəti” özünü çoxlu sayda pisliklər ilə bürüyür, bu səbəbdən dəhşətli abstraksiyanın lap kənarında yerləşir. 

Magazinews.az xəbər verir ki, kinoteatrda filmdə istifadə olunan orjinal dekorasiya ilə bəzədilmiş dəhşət mühiti hökm sürürdü. Həmçinin musiqi, furşet və içkilər var idi.     

Dəhşət filminin rejissoru Korin Hardidir. Aktyor heyətinə Taissa Farmiqa, Şarlott Houp, Bonni Aarons, Conni Koyn, İnqrid Bisu və başqaları daxildir.  

Film haqqında qısaca olaraq: Rumıniyada sakit bir yerdə yerləşən kilsədə cavan rabihə intihar etdikdən sonra, Vatikan hadisəni araşdırmaq üçün naməlum keçmişi olan keşiş və geriyə dönüşü olmayan əhdlər edən təzə rahibəni göndərir. Təkcə həyatları deyil, həm də, inancları və öz ruhları ilə risk edən araşdırmaçılar şeytan rahibə cildinə girmiş qəzəbli güc ilə rastlaşırlar. Kilsə isə sağ və lənətlənmişlər arasında dəhşətli döyüş meydanına çevrilir. 

Qeyd edək ki, tədbirin təşkilinə Portal Games, Burger Bomb, Ganja Sharab, “Banketnaya” araqları və “Gala” şərabları dəstək olublar.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!