Valyuta məzənnəsi:
09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |     22:35 Boksçumuz Avropa çempionatında bürünc medal qazandı  |     22:05 Aydın Süleymanlı Azərbaycan çempionu oldu  |     19:06 Hacı Şahinin yutub kanalını ONLAR QAYTARIB  |     18:01 Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasının üzvlüyünə qəbul edilib - FOTO  |     17:11 İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi  |     16:50 Fərid Bağırzadə nazir müavini təyin edildi  |     14:50 Juninyo "Qarabağ"dan gedəcəyi iddialarına CAVAB VERDİ  |     14:17 Elmira Süleymanova vəfat etdi  |     14:00 "Yurqorden”in baş məşqçisi: “Musa üçün çox çətindir”  |     13:14 "Murada dedi ki, aktrisadı, boşa onu getsin" - VİDEO  |     13:04 “Qarabağ”ın almaq istədiyi Emre Mor qərarını verdi  |     12:04 Hüseyn tanınmış azərbaycanlı idmançıya LÜKS AVTOMOBİL HƏDİYYƏ ETDİ - VİDEO - FOTO  |     12:00 Hacı Əliyevin son durumu  |     11:55 Naxçıvan MR-in baş naziri işdən azad olundu  |     10:50 Azərbaycan Kubokunun yarımfinalında REKORD  |     10:47 Cavanşir Məmmədovun son çıxdığı VERİLİŞ - VİDEO  |     09:38 Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması  |    
CityNews.az » Əsas » Musiqili Teatrda 31 Mart Soyqırımı anıldı

Əsas / Teatr-Rəsm

Musiqili Teatrda 31 Mart Soyqırımı anıldı



31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrının sosial şəbəkə hesablarında faciə qurbanlarının əziz xatirəsinə ithaf olunan "Unutmayaq!” layihəsi çərçivəsində rejissorların hazırladığı videoçarxlar nümayiş olunub.


CityNews.Az xəbər verir ki, ideya müəllifi və bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev olan bu layihədə 1918-ci ilin mart-aprel aylarında bolşeviklərin və erməni-daşnak terrorçu qruplaşmalarının Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də ölkəmizin digər ərazilərilərində soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərdən bəhs edilir. 


Qeyd edək ki, rejissor Samir Qulamovun ssenari müəllifi və quruluşunda çəkilən "Sündü” qısametrajlı bədii filmi Qobustan rayonunun Sündü və Təklə Mirzəbaba kəndlərində çəkilib. Bu filmdə söhbət konkret bir ərazidə baş verən faciədən getsə də, ümumilikdə o dövrdə ölkəmizin başına gətirilən müsibətlər  göstərilir. 


Rejissorlar Ər-Toğrul Kamalovun "Qətliam", Anar Babalının “31 Mart – Qanlı tarix” və Zaur Əliyevin hazırladığı videoçarxlarda da mənfur düşmənlərimizin vəhşiliyi real faktlarla vurğulanır, müasir gənclərin gözü ilə faciənin tarixi köklərinin araşdırılmasının vacibliyi diqqətə çatdırılır.