Bakıda gecə klubunda baş verən partlayış zamanı xəsarət alanlardan biri idmançıdır.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, xəsarət alanlar arasında bodibildinq üzrə Azərbaycan Kuboku qazanmış Arslan Quliyev də var.
O, klubda mühafizəçi işləyirmiş.
A.Quliyevin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, Qeyd edək ki, hadisə aprelin 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.