Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Əsas » Belarus teatrı ilə Musiqili Teatr əməkdaşlıq müqaviləsi bağladı

Əsas / Teatr-Rəsm

Belarus teatrı ilə Musiqili Teatr əməkdaşlıq müqaviləsi bağladı



Belarus teatrı ilə Akademik Musiqili Teatr əməkdaşlıq müqaviləsi bağladı.


CityNews.Az xəbər verir ki, Belarus Respublikasında səfərdə olan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının nümayəndə heyəti bu gün Mogilyov vilayətindəki V.İ.Dunin-Martsinkeviç adına Dram və Komediya Teatrında olub, teatrın binası, kollektivlə görüşlər hər iki tərəfdə maraq doğurub. 

Sonda teatr rəhbərləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu haqda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev məlumat verib: 

"Səfərimiz çox məhsuldar keçir. Bir sıra rəsmi və işgüzar görüşlərdə iştirak etmişik. Burada fəaliyyət göstərən, şəhərin ictimai həyatında çox böyük rol oynayan diasporamızın üzvləri ilə görüşmüşük.

Bu gün isə Mogilyov vilayətindəki V.İ.Dunin-Martsinkeviç adına Dram və Komediya Teatrının direktoru Veronika Aleksandrovna Vinel ilə  hər iki teatr üçün  faydalı olacaq əməkdaşlıq müqaviləsi imzaladıq. Müqavələyə əsasən gələcəkdə teatrlararası yaradıcılıq əlaqələrinin davam etdirilməsi, rejissor, aktyor, rəssam mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda iki ölkə dramaturqlarının əsərlərinin həm Bakıda, həm də Belarusda səhnəyə qoyulması və bütün bu kimi məsələlərlə bağlı söhbətlər apardıq.

Ümidvaram ki, bu əməkdaşlığımız mədəniyyətimizin və teatr mühitinin inkişafına  öz töhfəsini verəcək.

Bir şeyi də qeyd edim ki, biz sabah bu vilayətin Bobruysk şəhərində "Dostluq çələngi" Beynəlxalq Teatr Festivalında iştirak edəcəyik.

Dünya şöhrətli yazıçı Fyodr Dostayevskinin "Utancaq qız" fantastik povesti əsasında hörmətli Xalq artistimiz Cənnət xanım Səlimovanın quruluşunda səhnələşdirilən eyniadlı monotamaşanı təqdim edəcəyik. Festival səhnəsinə əsərin yeganə qəhrəmanı Əməkdar artist Şövqi Hüseynov çıxacaq”.