Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |    
CityNews.az » Əsas » SOCAR-dan vətəndaşlara ÇAĞIRIŞ - FOTO

Əsas / İqtisadiyyat

SOCAR-dan vətəndaşlara ÇAĞIRIŞ - FOTO


Artıq müəyyən müddətdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) adından istifadə edilərək maddi maraq qarşılığında hüquqi və fiziki şəxslərə fərdi və korporativ qaydada əməkdaşlıq, işə düzəltmə, investisiya yatırma imkanları və s. ilə bağlı müxtəlif təkliflər edilir.

Müraciətlər əsasən, sosial media platformaları, elektron ünvan və ya telefon zəngləri vasitəsilə həyata keçirilir. Bir daha qeyd etmək istərdik ki, SOCAR-ın adından istifadə edərək dələduzluqla məşğul olan şəxslərin şirkətimizə heç bir aidiyyəti yoxdur. SOCAR onun adından istifadə edərək verilən vədlərə görə heç bir məsuliyyət daşımır. Vətəndaşlarımızdan sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrini və həmin məlumatları press@socar.az ünvanına göndərmələrini xahiş edirik. 

Bildiririk ki, SOCAR tərəfindən məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Həmçinin vətəndaşlarımızın dələduzluq hallarının qurbanına çevrilməsinin qarşısını almaq məqsədilə media resursları və SOCAR-ın sosial şəbəkə hesabları vasitəsilə mütəmadi olaraq informasiyalar verilir. Məsələ ilə bağlı vətəndaşlar tərəfindən SOCAR-a edilən müraciətlər də dərhal cavablandırılır və onlara bu kimi dələduzluq hallarına dair ətraflı məlumat verilir. 

Xatırladırıq ki, SOCAR-da işə qəbul şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. SOCAR-ın müəssisə və təşkilatları tərəfindən təqdim olunan vakant iş yerləri şirkətin elektron veb səhifəsinin (www.socar.az) “Karyera” bölməsinin “İşə qəbul” hissəsində elan olunur. Müsabiqə qaydaları haqqında ətraflı məlumat həmin bölmədə yerləşdirilib.  

Fürsətdən istifadə edərək, bir daha vətəndaşlarımızı bu məsələ ilə əlaqədar ehtiyatlı olmağa çağırırıq.