Valyuta məzənnəsi:
09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |     22:35 Boksçumuz Avropa çempionatında bürünc medal qazandı  |     22:05 Aydın Süleymanlı Azərbaycan çempionu oldu  |     19:06 Hacı Şahinin yutub kanalını ONLAR QAYTARIB  |     18:01 Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasının üzvlüyünə qəbul edilib - FOTO  |     17:11 İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi  |     16:50 Fərid Bağırzadə nazir müavini təyin edildi  |     14:50 Juninyo "Qarabağ"dan gedəcəyi iddialarına CAVAB VERDİ  |     14:17 Elmira Süleymanova vəfat etdi  |     14:00 "Yurqorden”in baş məşqçisi: “Musa üçün çox çətindir”  |     13:14 "Murada dedi ki, aktrisadı, boşa onu getsin" - VİDEO  |     13:04 “Qarabağ”ın almaq istədiyi Emre Mor qərarını verdi  |     12:04 Hüseyn tanınmış azərbaycanlı idmançıya LÜKS AVTOMOBİL HƏDİYYƏ ETDİ - VİDEO - FOTO  |     12:00 Hacı Əliyevin son durumu  |     11:55 Naxçıvan MR-in baş naziri işdən azad olundu  |     10:50 Azərbaycan Kubokunun yarımfinalında REKORD  |     10:47 Cavanşir Məmmədovun son çıxdığı VERİLİŞ - VİDEO  |     09:38 Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması  |    
CityNews.az » Əsas » DokuBaku Festivalı 6-cı buraxılışın proqramını açıqlayıb

Əsas / Mədəniyyət / Kino

DokuBaku Festivalı 6-cı buraxılışın proqramını açıqlayıb

DokuBaku BSFF festivalda nümayiş olunacaq filmlərin seçimini yekunlaşdırmışdır.


CityNews.Az xəbər verir ki, 32 müxtəlif ölkədən 68 sənədli film seçilmişdir. Bütün filmlər 7 kateqoriya üzrə nümayiş olunacaq. Ən Yaxşı Sənədli Film (13), No-Main Müsabiqəsi (18) və Ən Yaxşı Xarici və Yerli Qısa Sənədli Film (19) kateqoriyasındakı filmlər münsiflər heyyəti tərəfindən dəyərləndiriləcək və qaliblər festivalın sonuncu günü, Sentyabrın 25-i elan olunacaqlar. Qalan filmlər isə Müsabiqədən Kənar (5), DokuKids (4), və DokuUA (5) kateqoriyalarında nümayiş ediləcəklər.

Hər il festivalımız öz işləri ilə film sənayesində yüksək standartlar qoymuş, dünyaca məşhur bir sənədli film ustasının filmlərindən ibarət silsilə nümayiş təşkil edir. Bu il öz “Tülpan” tammetrajlı filmi ilə 2009-cu il Oskar mükafatlarının Əcnəbi Film Kateqoriyasında Qazaxıstanı təmsil etmiş xüsusi qonağımız Sergey Dvortsevoyun dörd filmindən ibarət retrospektiv hazırlamışıq.

Festivalın 6-cı buraxılışı iki yeni kateqoriya ilə gəlir. Festival tarixində ilk dəfə proqrama Uşaqlar üçün Sənədli Filmlər daxil edilmişdir. Eyni zamanda, festival Ukraynadan sənədli filmlər nümayiş etdirməklə, Ukraynalı rejissorlara dəstək olacaq. Nümayişlərin məkanları, tarixləri, və vaxtlarından ibarət cədvəl önümüzdəki həftələrdə açıqlanacaq.