Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Dünya » “START” Festivalı “CinemaPlus” Cəfər Pənahinin “Üç üz” filmini nümayiş etdirəcək" - VIDEO

Dünya / Kino / Cəmiyyət

“START” Festivalı “CinemaPlus” Cəfər Pənahinin “Üç üz” filmini nümayiş etdirəcək" - VIDEO


“CinemaPlus” kinoteatrında 14-17 noyabr tarixlərində Bakıda keçiriləcək IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində dünya şöhrətli kinorejissor Cəfər Pənahinin “Üç üz” filminin Azərbaycan premyerası baş tutacaq.

Magazinews.az-ın məlumatına görə, 71-ci Beynəlxalq Kann kinofestivalında “Ən yaxşı ssenari” nominasiyasının qalibi olmuş film yalnız bir gün- 16 noyabr saat 19:00-da ekskluziv olaraq "CinemaPlus Gənclik Mall"da nümayiş olunacaq.
Azərbaycan əsilli iranlı kinorejissorun yeni filmi patriarxal mühitdə aktrisaların üzləşdiyi çətinliklərdən bəhs edir. Filmdə həyatının müxtəlif etapını yaşayan üç iranlı aktrisanın portreti yaradılıb. Onlardan biri karyerasını yarımçıq başa vurub, digəri şöhrətin zirvəsindədir, üçüncü qəhrəman isə aktrisa olmaq arzusundadır. Amma mühafizəkar ailəsi onun istəyinə qarşı çıxır. Gənc qız dəstək almaq məqsədilə ölkənin məşhur aktrisasına müraciət edir. Aktrisa kinorejissor dostu ilə birgə qızın yaşadığı kəndə yola düşür.

Filmdə əsas rolları İranın tanınmış aktrisası Bəhnas Cəfəri və Cəfər Pənahinin özü ifa edir. Əslən azərbaycanlı olan rejissor digər filmlərində olduğu kimi bu ekran əsərində də ana dilinə geniş yer verib. Ölkəsində ev dustaqlığına məhkum edilən sənətkara 20 il ərzində film çəkmək qadağası da qoyulub. Buna baxmayaraq, “Üç üz” filmi rejissorun cəza kəsiləndən sonra çəkdiyi sayca dördüncü filmidir. Kann, Berlin, Venesiya, Lokarno kimi festivalların mükafatçısı olan rejissor müsahibələrinin birində deyir: “Kinematoqrafçının film çəkməməsi onun zindanda olmasına bərabərdir."

“START” Beynəlxalq Qısa Filmlər Festivalı və “CinemaPlus”un əməkdaşlığı ilə reallaşacaq “Üç üz” filmin nümayişinə giriş 5 azn təşkil edəcək.
Festivalın müsabiqə proqramına qatılan digər filmlərin nümayişi isə ödənişsizdir. Filmlər 14, 15, 16, 17 noyabr saat 12:00-dan 16:00-dək “CinemaPlus 28 Mall”-da nümayiş olunacaq.

Qeyd edək ki, IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi təşkilatçılığı ilə keçirilir.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!