Valyuta məzənnəsi:
09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |     22:35 Boksçumuz Avropa çempionatında bürünc medal qazandı  |     22:05 Aydın Süleymanlı Azərbaycan çempionu oldu  |     19:06 Hacı Şahinin yutub kanalını ONLAR QAYTARIB  |     18:01 Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasının üzvlüyünə qəbul edilib - FOTO  |     17:11 İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi  |     16:50 Fərid Bağırzadə nazir müavini təyin edildi  |     14:50 Juninyo "Qarabağ"dan gedəcəyi iddialarına CAVAB VERDİ  |     14:17 Elmira Süleymanova vəfat etdi  |     14:00 "Yurqorden”in baş məşqçisi: “Musa üçün çox çətindir”  |     13:14 "Murada dedi ki, aktrisadı, boşa onu getsin" - VİDEO  |     13:04 “Qarabağ”ın almaq istədiyi Emre Mor qərarını verdi  |     12:04 Hüseyn tanınmış azərbaycanlı idmançıya LÜKS AVTOMOBİL HƏDİYYƏ ETDİ - VİDEO - FOTO  |     12:00 Hacı Əliyevin son durumu  |     11:55 Naxçıvan MR-in baş naziri işdən azad olundu  |     10:50 Azərbaycan Kubokunun yarımfinalında REKORD  |     10:47 Cavanşir Məmmədovun son çıxdığı VERİLİŞ - VİDEO  |     09:38 Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması  |    
CityNews.az » Əsas » Avtobuslarda gediş haqqı artırılacaq? - VİDEO

Əsas / Cəmiyyət

Avtobuslarda gediş haqqı artırılacaq? - VİDEO


“Hazırda şirkətimiz gündəlik 40 000 manat ziyanla işləyir”.

Bu sözləri Xəzər Xəbərə sərnişindaşıma ilə məşğul olan sahibkar deyib.

Sərnişindaşıyanlar narazılıq edirlər. Deyirlər ki, pandemiyadan sonra yaranan vəziyyət onları çıxılmaz vəziyyətdə salıb. Maliyyə baxımından çətinlikləri var. Avtobusların ehtiyat hissələri isə 2-3 dəfə baha qiymətə satılır:

“Qarajda təmir səbəbindən saxlanılan çox sayda avtobus var. Maddi durum onları təmir etməyə imkan vermir. Ehtiyac olduğuna görə 16-17 avtobus təmir edib xəttə buraxırıq. Günü-gündən vəziyyətimiz pisləşir. Bu cür davam edərsə, şirkət iflasa uğrayacaq”.

Daşıyıcı şirkətlərin rəhbərləri çıxış yolunu qiymət artımına getməkdə görürlər. Təbii ki, bu qərarı Tarif Şurası verir. 

Yaxın günlərdə yeni tədris ilinin başlanacağını nəzərə alsaq, bu zaman ictimai nəqliyyata tələb birə-beş artacaq.

Məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayev bildirdi ki, baş verənlərdən məlumatlıdırlar. Vəziyyət bu cür davam edərsə, sərnişindaşımada mənfi təsirlər gözləniləndir. Məsələni tənzimləmək üçün qurum tərəfindən yeni mexanizm hazırlanıb və yaxın vaxtlarda işə salınacaq. Bu model həm də şirkətlərin maliyyə dayanıqlığını təmin edəcək.