Valyuta məzənnəsi:
18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |     13:00 Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb  |     12:30 “Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır  |     12:10 Balaəlinin OXŞARI TAPILDI: "Balaəliyə özündən daha çox oxşayır" - VİDEO  |     11:36 Prezident: İndi biz sülhə doğru gedirik  |     11:35 Azərbaycanda yeni telekanal açıldı  |     11:00 Toyda bəylə gəlinin bu görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     08:24 Çempionlar Liqası: "Bavariya" - "Real" oyununda qalib müəyyənləşmədi  |     21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |    
CityNews.az » Əsas » “Caliber”: “Ordumuzun əməliyyatı uğurla başa çatıb, ermənilər 200-dək itki veriblər”

Əsas / Ordu

“Caliber”: “Ordumuzun əməliyyatı uğurla başa çatıb, ermənilər 200-dək itki veriblər”


“Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Bakı vaxtı ilə saat 9:15-də Azərbaycan ordusunun əməliyyatı uğurla başa çatıb. O, ən qısa müddətdə, ən yüksək peşəkarlıqla və zərgər dəqiqliyi ilə həyata keçirilib (mülki obyektlərə ziyan dəyməyib)”.

Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb.

“Laçın və Kəlbəcər istiqamətində sərhəd hissələrində ən azı potensial olaraq təxribatlar üçün istifadə oluna bilən Ermənistanın bütün hərbi infrastrukturu ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla darmadağın edilib və onun bərpası üçün illər lazımdır. Bizdə olan məlumatlara görə, Ermənistan ordusunun itkiləri 150-200 nəfər təşkil edib, yüzlərlə yaralıları var. İki S-300 hava hücumundan müdafiə sistemi məhv edilib - dəyəri yarım milyard dollardan çox olan avadanlıq dəmir yığınına çevrilib.

Azərbaycan ordusu sərhəd zolağında delimitasiyası keçirilmədiyi məlum olan bir sıra mühüm strateji mövqelərə və yüksəkliklərə nəzarəti təmin edib. Ermənistan ərazisindən keçən bir sıra strateji kommunikasiyalar da vizual formada və atəş nəzarətinə götürülüb.

Qeyd edək ki, Azərbaycanın başqa dövlətin ərazisini işğal etmək niyyəti yoxdur, lakin sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün ən qətiyyətli tədbirlər görüləcək. Şəhidlərimizin qanı yerdə qalmadı, erməni tərəfinə layiqli cavab verildi”, - deyə məlumatda bildirilib.