Valyuta məzənnəsi:
18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |     13:00 Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb  |     12:30 “Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır  |     12:10 Balaəlinin OXŞARI TAPILDI: "Balaəliyə özündən daha çox oxşayır" - VİDEO  |     11:36 Prezident: İndi biz sülhə doğru gedirik  |     11:35 Azərbaycanda yeni telekanal açıldı  |     11:00 Toyda bəylə gəlinin bu görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     08:24 Çempionlar Liqası: "Bavariya" - "Real" oyununda qalib müəyyənləşmədi  |     21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |    
CityNews.az » Mədəniyyət » "Gizem Karaca Bakıda" - FOTOLAR - VIDEO

Mədəniyyət / Kino / Cəmiyyət / Maqazin

"Gizem Karaca Bakıda" - FOTOLAR - VIDEO


Türkiyənin məşhur aktrisalarından olan Gizem Karaca ilk dəfə paytaxt Bakının qonağı olub.


Magazinews.Az xəbər verir ki, aktrisanın Bakıya gəlmə səbəbi "4-cü Türk Filmləri Həftəsi"- dir. Gizem Karaca ötən gün Nizami Kino mərkəzində tədbirlə bağlı mətbuat konfransına qatılıb. Axşam baş tutan tədbirdə isə sevənləri ilə birgə film izləyib. Gecədə Türkiyənin digər məşhur aktyorları da iştirak edib. Onların sırasında “Türk Filmləri Həftəsi”nin koordinatoru Öner Kılıç, aktyorlar Deniz Oral, “Diriliş Ertuğrul” serialının aktyoru Sezgin Erdemir, “Güller” filminin rejissoru Mehmet Gün, rejissor-ssenarist Murat Çeri və menecer Özlem Erçağlar olub. Qonaqlar media nümayəndələrinin suallarını cavablandırıblar.
“Türk Filmləri Həftəsi” Azərbaycanla bərabər Qazaxıstan, Qırğızıstan və Özbəkistanda da təşkil olunur. Məqsəd yalnız türk filmlərini izlətmək deyil, həm də aktyor və rejissorlarla da tanışlıqdır. Eyni zamanda da türkiyəli aktyor və film şirkətlərini azərbaycanlı rejissor, aktyor və şirkətlərlə bir araya gətirib ortaq mədəniyyət haqda ekran işləri ərsəyə gətirməkdir. 


Qeyd edək ki, "4-cü Türk Filmləri Həftəsi" Bakıda Türkiyə Mədəniyyət Nazirliyinin dəstəyi və "Yerli düşüncə" dərnəyinin təşkilatçılığı ilə keçirilir. Tədbirdə Türkiyə və Azərbaycandan olan dövlət məmurları, millət vəkilləri iştirak edib. Festival 23-27 noyabr tarixləri arasında davam edəcək.


Tural Hüseyn

FOTO/VIDEO:Sübhan İsmayılov