Valyuta məzənnəsi:
18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |     13:00 Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb  |     12:30 “Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır  |     12:10 Balaəlinin OXŞARI TAPILDI: "Balaəliyə özündən daha çox oxşayır" - VİDEO  |     11:36 Prezident: İndi biz sülhə doğru gedirik  |     11:35 Azərbaycanda yeni telekanal açıldı  |     11:00 Toyda bəylə gəlinin bu görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     08:24 Çempionlar Liqası: "Bavariya" - "Real" oyununda qalib müəyyənləşmədi  |     21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |    
CityNews.az » Digər » Müsahibə » "Sanki, bir gün içində dörd fəsil oldu" - FOTO - VIDEO

Müsahibə / Cəmiyyət / Maqazin

"Sanki, bir gün içində dörd fəsil oldu" - FOTO - VIDEO


Niyam Səlami "Karusel "-adlı yeni mahnısına olan klipinin təqdimatını keçirib.

Magazinews.Az -ın məlumatına görə, media nümayəndələrini başına yığan səbəbkar  yeni işi barədə məlumat verib. Lirik janrda olan mahnının sözləri Ülviyyə Alovluya, musiqisi Hacı Nazim Məmmədova məxsusdur.

Magazinews.Az -a müsahibəsində Niyam Səlami rejissorla iş birliyindən danışıb:

"Gənc rejissorların çalışmaq həvəsi daha çoxdur. Texnologiya dövründə yaşayırlar, yaxşı anlayışları var. Ona görə belə insanlarla işləmək lazımdı. Yaşa dolmuş insanlar da  gənclərlə çalışsınlar. Onlara irad trutmasınlar. Onlardan öyrəniləsi çox şey var. Mənə görə həkimdə və maşın ustasında staj önəmlidir. Rejissor, fotografda yaş önəmli deyil. Klipdəki karuseli də Omar adlı gənc fotograf mənim üçün tapıb. Onunla işlədim, gözəl nəticələr oldu. Yaxında eşitdim ki, Alov qülləsinin işıq sistemini Azərbaycanlı qurub. Çox sevindim. Bu cavanlarımızın inkişafından xəbər verir. Klipdə heç nə yoxdu belə götürəndə, ancaq hər şey var. Çəkiliş heyəti mənim fikrimi tamamladı. Klipdə süjet xətti də edə bilərdim. Çox fikirlər var idi. Bütün fikrlərimi rejissorla bölüşdüm. Komanda bizə tapşırın dedi.  İstədiyimi ala bildim. Çəkiliş günü dörd dəfə hava dəyişdi. Yağış da oldu, gün də çıxdı. Sanki bir gün içində dörd fəsil oldu. Ekran işinin ərsəyə gəlməsində komandamda olan digər insanların da yardımı oldu. Yaxşı  nə varsa, onun üçün çalışacağıma söz verirəm. Son dörd-beş ildə insanları sevməyə başlamışam. Yalandan tamamilə uzaqlaşmışam."

Mahnının musiqi müəllifi bəstəkar-müğənni Nazim Məmmədov yeni işlərindən söz açıb:

"Mahnı yazanda kiməsə görə yox, öz qəlbimdən keçən melodiyanı yazıram. Niyam iki-üç mahnıya qulaq asdı. Seçim isə bu mahnıda qaldı. Tutarlı olmasını istəyirik. Niyamın repertuarında uğurlu mahnılardan olmasını arzu edirəm."

Qeyd edək ki, media nümayəndələri tərəfindən bəyənilə qarşılanan ekran işinin rejissoru Etibar Məmmədovdur. Montaj işləri isə Elvin İmanova məxsusdur.

Tural Hüseyn

Fotolar: Ramin Qurbanov