Valyuta məzənnəsi:
09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |     22:35 Boksçumuz Avropa çempionatında bürünc medal qazandı  |     22:05 Aydın Süleymanlı Azərbaycan çempionu oldu  |     19:06 Hacı Şahinin yutub kanalını ONLAR QAYTARIB  |     18:01 Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasının üzvlüyünə qəbul edilib - FOTO  |     17:11 İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi  |     16:50 Fərid Bağırzadə nazir müavini təyin edildi  |     14:50 Juninyo "Qarabağ"dan gedəcəyi iddialarına CAVAB VERDİ  |     14:17 Elmira Süleymanova vəfat etdi  |     14:00 "Yurqorden”in baş məşqçisi: “Musa üçün çox çətindir”  |     13:14 "Murada dedi ki, aktrisadı, boşa onu getsin" - VİDEO  |     13:04 “Qarabağ”ın almaq istədiyi Emre Mor qərarını verdi  |     12:04 Hüseyn tanınmış azərbaycanlı idmançıya LÜKS AVTOMOBİL HƏDİYYƏ ETDİ - VİDEO - FOTO  |     12:00 Hacı Əliyevin son durumu  |     11:55 Naxçıvan MR-in baş naziri işdən azad olundu  |     10:50 Azərbaycan Kubokunun yarımfinalında REKORD  |     10:47 Cavanşir Məmmədovun son çıxdığı VERİLİŞ - VİDEO  |     09:38 Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması  |    
CityNews.az » Əsas » DÇ-2022: Açılış matçında qeydə alınan rekord və antirekordlar

Əsas / İdman

DÇ-2022: Açılış matçında qeydə alınan rekord və antirekordlar


Qətərdə keçirilən futbol üzrə dünya çempionatında 56 ildən sonra mundiallar tarixinin antirekordu qeydə alınıb.

Bu, Qətər və Ekvador komandaları arasında oynanılmış açılış matçında baş verib.

Qarşılaşmada ümumilikdə qapılara 11 zərbə endirilib. 1966-cı ildəki mundialdan sonra heç bir oyunda daha az cəhd olmayıb.

Bundan əlavə, Asiya Konfederasiyasından indiyədək hansısa kollektiv debüt görüşündə qalib gələ bilməyib.

Qətər yığması 1930-cu ildə Uruqvay, 1934-cü ildə isə İtaliyadan sonra yarışda ev sahibi kimi debüt edən 3-cü ölkə olub. Komanda həmçinin açılış qarşılaşmasında məğlubiyyətlə üzləşən ilk ev sahibidir. Yığma görüşü çərçivəyə bir zərbə belə endirmədən başa vurub. Belə hal ilk dəfə 1994-cü ildə baş verib. 1994-cü ildəki turnirdə ev sahibi ABŞ kollektivi eyni halla üzləşmişdi. 1998-ci ildə Almaniya Polşa ilə, 2018-ci ildə isə Səudiyyə Ərəbistanı Rusiya ilə açılış qarşılaşmasında çərçivəyə düşə bilməyib.

Ekvador millisi DÇ-nin açılış oyunu da daxil olmaqla ardıcıl 7 matçda qapısını toxunulmaz saxlaya bilib. Komandanın hücumçusu Ener Valensiya açılış görüşündə ilk penalti vuran oyunçu olub. Forvard həmçinin ilk oyunda dubl edən ikinci futbolçu adına da sahib çıxıb. 1934-cü ildə italiyalı Ancelo Skyavio ABŞ-la qarşılaşmada dubl etmişdi. Valensiya həmçinin açılış matçında fərqlənən ən yaşlı oyunçudur. O, 33 yaş 16-cı günündə bunu bacarıb. Daha əvvəl 1986-cı ildə 30 yaşlı italiyalı Alessandro Altobelli 1986-cı ildə Bolqarıstana qarşı bunu bacarıb.

Ener Valensiya dünənki matçdan əvvəl mundial təcrübəsi olan yeganə futbolçu idi. Belə hal sonuncu dəfə 1962-ci ildə yaşanıb. Həmin vaxt Çarlz Antenen (İsveçrə) Çili ilə açılış oyununda (1:3) bütün 22 iştirakçı arasında dünya çempionatı təcrübəsi olan yeganə oyunçu olub. /Report/