Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |    
CityNews.az » Əsas » Gürcüstanda parlamentə hücum olub – YENİLƏNİB + FOTO/VİDEO

Əsas / Dünya

Gürcüstanda parlamentə hücum olub – YENİLƏNİB + FOTO/VİDEO


Gürcüstan müxalifətinin fəalları milli parlamentin binasını mühasirəyə alıblar.

Onlar binanın şüşələrini sındırıb, parlamentin yaxınlığındakı hasarları söküblər.

Hadisə yerində Gürcüstan polisinin xüsusi təyinatlıları var və onlar etirazçıları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edirlər.

Müxalifət fəalları isə qoruyucu maskalar və xüsusi qaz maskaları taxırlar.

Xatırladaq ki, müxalifət xarici agentlər haqqında qanunun qəbuluna qarşıdır. Etirazçılara Gürcüstan prezidenti Salome Zurabişvili də dəstək verib.

VIDEO https://baku.tv/dunyaa/muxalifet-gurcustan-parlamentinin-binasinda-suseleri-sindirmaga-baslayib


23:13

Çərşənbə günü Tbilisidə parlament binası yaxınlığında mindən çox insan toplaşıb.

Xüsusi təyinatlılar gecə saatlarında Gürcüstanın Aİ-yə namizəd statusu almasına mane ola biləcək xarici agentlər haqqında qanun layihəsinin qəbuluna etiraz edənləri dağıtdıqdan sonra bu gün aksiya bərpa olunub.

Parlamentin yerləşdiyi Rustaveli prospektində nəqliyyatın hərəkəti dayandırılıb. Etirazçılar Gürcüstan və Avropa İttifaqının bayraqlarını tutaraq çərşənbə axşamı birinci oxunuşda dəstəklənən qanun layihəsinin qəbuluna qarşı şüarlar səsləndirirlər.

Aksiyanın dinc xarakter daşıdığı bildirilsə də, polislə toqquşmalar qeydə alınıb. Aksiyanı dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, dünənki aksiya zamanı 66 nəfər saxlanılıb. Həmçinin, bildirilib ki, iğtişaşlar zamanı 50 polis əməkdaşı yaralanıb. Bu gün daha 10 nümayişçinin saxlanıldığı qeyd olunub.

VIDEO https://baku.tv/dunyaa/gurcustan-xususi-teyinatlilari-parlamentin-qarsisinda-etirazcilari-dagitmaq-ucun-su-sirnaqlarindan-istifade-edibler

14:40

Ötən gün Tbilisidə parlament binası qarşısında keçirilmiş etiraz aksiyası zamanı 66 nəfər saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, həmin şəxslər tərəfindən törədilmiş hüquqpozmalarla bağlı faktlar məhkəməyə təqdim olunacaq.

Daxili İşlər Nazirliyi əlavə edib ki, iğtişaşlar zamanı 50 polis əməkdaşı yaralanıb. Onların bəziləri hələ də tibb müəssisələrindədirlər.

Mənbə: TASS