Valyuta məzənnəsi:
18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |     13:00 Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb  |     12:30 “Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır  |     12:10 Balaəlinin OXŞARI TAPILDI: "Balaəliyə özündən daha çox oxşayır" - VİDEO  |     11:36 Prezident: İndi biz sülhə doğru gedirik  |     11:35 Azərbaycanda yeni telekanal açıldı  |     11:00 Toyda bəylə gəlinin bu görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     08:24 Çempionlar Liqası: "Bavariya" - "Real" oyununda qalib müəyyənləşmədi  |     21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |    
CityNews.az » Dünya » “Sinan Akçıl Burcu ilə evləndi” – FOTO/VIDEO

Dünya / Cəmiyyət / Maqazin

“Sinan Akçıl Burcu ilə evləndi” – FOTO/VIDEO


Türkiyənin tanınmış bəstəkar-müğənnisi Sinan Akçıl subaylığa əlvida deyib.

Magazinews.Az-ın məlumatına görə, indiyədək bir çox məşhur xanımla eşq yaşaması ilə adı hallanan, Akçılın sevib-seçdiyi xanım film və seriallarda ulduzu parlayan aktrisa Burcu Kıratlı olub.

Burcu Kıratlı ve Sinan Akçıl Amsterdama getmədən öncə ailələri ilə yeməyə qatılıblar. Akçılın anası Gaye Çağlayan onun nənəsindən qalan, 1953 –cü ildə evlenərken taxdığı 65 illik küpələrini, Burcu Kıratlıya hədiyyə edib.

Xatırladaq ki, cütlük 1 həftə öncə Hollandiyanın paytaxtı Amsterdama İstanbuldan özəl təyyarrə ilə gəliblər. Onları 10 nəfərlik dost qrupu müşayət edib.  
Sinan Akçıl 23 dekabrda Amsterdamda evlilik təklifi etdiyi Burcu ilə eyni şəhərdə nigah masasına oturub. İki aydır sevgili olan cütlük Amsterdamdakı Türk Konsolluğunda evləniblər. Yaxın dostlarının qatıldığı mərasimdə, nigah Türkiyənin Amsterdam Baş konsolu Engin Arıkan tərəfindən bağlanıb.
Sinan Akçıl nigah mərasimi üçün Amsterdamın ən məşhur oteli “Hotel Leurope’-da 12 otağı 2 günlük bağlatdırıb. Akçılın nigah şahidləri yaxın dostları Ercan, Caner, Ertan Torunoğulları və meneceri Tülay Özçelik, Burcu Kuratlının isə uşaqlıq dostları Deniz Bilol və Sercan Yaşar olub.

Mərasim üçün, Burcu Kıratlıya özəl brilyantlardan hazırlanan tək qaş üzüyü Həsən Almaz dizayn edib. Akçılın üzüyündə isə Kıratlının uğurlu rəqəmi “Burcu 23” yazılıb. 

Burcu Kıratlı instagram hesabından paylaşım edib. Aktrisa “Ən əyləncəli yerim sənin qəlbin” –yazaraq, sevinc hissini izləyiciləri ilə bölüşüb.

Kıratlının geyindiyi gəlinlik isə Türkiyədə gündəmdəki əsas mövzuya çevrilib. Ən çox danışılan isə seçilən gəlinlik modeli olub. İzləyicilərin  çoxunun tənqid atəşinə tutduğu Kıratlıya bir narazılıq da Akçıldan gəlib. Onun arxasınca gedərkən gəlinliyi görən Akçıl ‘Geyinməmiş, geyinməmiş’ -deyərək, narazılığını bildirib.

Qeyd edək ki, nigahdan sonra cütlük İstanbula dönəcəklər. Toyları isə 2019-cu ilin yayında olacaq.

Sinan Akçıl ilə Burcu Kıratlının xoşbəxtliyi isə kameralara belə əks olunub.

Magazinews.Az məşhurların özəl günündən olan foto və video görüntüləri təqdim edir:


Tural Hüseyn