Valyuta məzənnəsi:
09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |     22:35 Boksçumuz Avropa çempionatında bürünc medal qazandı  |     22:05 Aydın Süleymanlı Azərbaycan çempionu oldu  |     19:06 Hacı Şahinin yutub kanalını ONLAR QAYTARIB  |     18:01 Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasının üzvlüyünə qəbul edilib - FOTO  |     17:11 İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi  |     16:50 Fərid Bağırzadə nazir müavini təyin edildi  |     14:50 Juninyo "Qarabağ"dan gedəcəyi iddialarına CAVAB VERDİ  |     14:17 Elmira Süleymanova vəfat etdi  |     14:00 "Yurqorden”in baş məşqçisi: “Musa üçün çox çətindir”  |     13:14 "Murada dedi ki, aktrisadı, boşa onu getsin" - VİDEO  |     13:04 “Qarabağ”ın almaq istədiyi Emre Mor qərarını verdi  |     12:04 Hüseyn tanınmış azərbaycanlı idmançıya LÜKS AVTOMOBİL HƏDİYYƏ ETDİ - VİDEO - FOTO  |     12:00 Hacı Əliyevin son durumu  |     11:55 Naxçıvan MR-in baş naziri işdən azad olundu  |     10:50 Azərbaycan Kubokunun yarımfinalında REKORD  |     10:47 Cavanşir Məmmədovun son çıxdığı VERİLİŞ - VİDEO  |     09:38 Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması  |    
CityNews.az » Əsas » Konfrans Liqasında yarımfinalçılar bəlli oldu

Əsas / İdman

Konfrans Liqasında yarımfinalçılar bəlli oldu


Avropa Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilib.


“Vest Hem” səfərdə “sülh bağladığı” “Gent”lə bu dəfə doğma meydanda qarşılaşıb. Darmadağınla qalib gələn ingilislər yarımfinala yüksəliblər.

“Nitsa” da səfərdə məhsuldar heç-heçə etdiyi “Bazel”i bu gün evdə sınağa çəkib. Üç qolun qeydə alındığı matç qonaqların gözlənilməz qələbəsiylə yekunlaşıb. Nəticədə “Bazel” yarımfinala vəsiqə qazanıb.

“Anderlext” “Alkmaar”ın qonağı olub. İlk oyundakı məğlubiyyətin əvəzini çıxan belçikalılar oyunu penaltilərə qədər davam etdiriblər. Məhz 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Anderlext” də yarımfinala yüksəlib.

“Fiorentina” isə səfərdə darmadağın etdiyi “Lex”i bu dəfə doğma meydanda sınağa çəkib. Florensiyalılar bu dəfə məğlub olsalar da, yarımfinala yüksəlməyə nail olublar.

Beləliklə, yarımfinalda “Vest Hem” “Alkmaar”la, “Fiorentina” isə “Bazel”lə mübarizə aparacaq.


Avropa Konfrans Liqası
1/4 finalın cavab oyunları
20 aprel

Alkmaar (Niderland) – Anderlext (Belçika) 2:0 (penaltilər 4:1)
Qol: Pavlidis, 5-pen; 13.
İlk oyun – 0:2.

Fiorentina (İtaliya) – Lex (Polşa) 2:3
Qol: Sottil, 78. Kastrovilli, 90+2 – Souza, 9. Velde, 65-pen. Sobiex, 69.
İlk oyun – 4:1.

Vest Hem (İngiltərə) – Gent (Belçika) 4:1
Qol: M.Antonio, 37; 63. Paketa, 55-pen. Rays, 58 – Kuypers, 26.
İlk oyun – 1:1.

Nitsa (Fransa) – Bazel (İsveçrə) 1:2
Qol: Laborde, 9 – Auqustin, 85. Adams, 98.
İlk oyun – 2:2.