Valyuta məzənnəsi:
19:45 Türkiyədəki aksiyalarda 343 nəfər saxlanıldı  |     18:45 Razi oğlu ilə VİDEOsunu yaydı  |     17:33 İmamoğlunun dindirilməsi başa çatdı - YENİLƏNİB  |     16:33 2 komanda Azərbaycan çempionatından qovuldu  |     16:11 Hamı Londonda çəkilən bu VİDEOdan danışır: 1 günə 2 milyon izləmə  |     16:05 Bayram çəkilişi vaxtı anidən YIXILDI - VİDEO  |     15:50 Putin kilsəyə gedib, görün kimin üçün dua edib  |     15:34 Zelenski Donetsdə - FOTO  |     15:15 Məşhur NBA klubu rekord məbləğə satılacaq  |     13:42 "Evli kişi ilə gəzib, uşaq dünyaya gətirmək..." - VİDEO  |     13:30 Hemilton dördqat dünya çempionunun rekordunu qırdı  |     13:23 Qar uçqununda həlak olan digər hərbçimiz də dəfn olundu - FOTO  |     13:05 Balaəlinin LÜKS maşınında brend geyimlər və ətirləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO  |     12:50 Putin Trampa hədiyyə göndərdi  |     12:15 Kreslosu sallanan Pep 150 milyonluq ulduzu istəyir  |     11:45 Osimhen "Zirə" forması ilə - VİDEO  |     11:24 İrandan Trampın məktubuna CAVAB: danışıqlara "yaşıl işıq"  |     11:22 DİN-dən növbəti vətəndaşlara xəbərdarlıq  |     11:10 Ölkə Leyla Əliyevanın təşəbbüsü ilə Xızıda uşaqlar üçün Novruz şənliyi keçirilib  |     10:15 Millimiz bu gün meydana çıxır  |    
CityNews.az » Əsas » Razinin sevgilisi açıqlama yaydı

Əsas / Maqazin / Dəb / Kriminal

Razinin sevgilisi açıqlama yaydı


Model Razi Əliyevanı döyərək ona xəsarətlər yetirdiyi bildirilən sevgilisi, iş adamı Ziya Hüseynzadə açıqlama yayıb.


"Qafqazinfo" xəbər verir ki, Z.Hüseynzadə instaqram hesabında R.Əliyevanın dediklərini şər-böhtan adlandırıb.

O, R. Əliyevanın yazışmalarının paylaşıldığı iddia edilən səhifənin onun tərəfindən açılmadığını iddia edib: "Haqqımda yayılanların hamısı adıma və ailəmə ləkə salmaq, zorla pulun tələb edilməsi üçün şər və böhtan, qarayaxma kampaniyasıdır. Sübutlarım mövcuddur və istintaqa təqdim olunacaq. Yayılmış şəkillərin mənə aidiyyəti yoxdur, daxil olmuş məlumata əsasən, Razi Əliyeva hazırda İstanbuldadır, sağdır və dincəlir.

Əlavə olaraq qeyd edim ki, qarşıma uzaqdan iddia irəli sürən Razi Əliyevanın qeyri-qanuni insan alverində etirafı ilə bağlı videolar bundan öncə internetdə əksini tapıb. Bu səbəbdən də Razi Əliyeva özündən diqqəti yönəldir ki, onun qanunsuz hərəkətləri araşdırmadan yayındırılsın. Lakin mən Azərbaycan polisinin ədalətinə əminəm!"

Qeyd edək ki, model Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının sevgilisi tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları da sosial şəbəkə səhifələrində yayıb.

DİN Mətbuat xidmətindən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı araşdırma aparılır.