Valyuta məzənnəsi:
09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |     22:35 Boksçumuz Avropa çempionatında bürünc medal qazandı  |     22:05 Aydın Süleymanlı Azərbaycan çempionu oldu  |     19:06 Hacı Şahinin yutub kanalını ONLAR QAYTARIB  |     18:01 Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasının üzvlüyünə qəbul edilib - FOTO  |     17:11 İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi  |     16:50 Fərid Bağırzadə nazir müavini təyin edildi  |     14:50 Juninyo "Qarabağ"dan gedəcəyi iddialarına CAVAB VERDİ  |     14:17 Elmira Süleymanova vəfat etdi  |     14:00 "Yurqorden”in baş məşqçisi: “Musa üçün çox çətindir”  |     13:14 "Murada dedi ki, aktrisadı, boşa onu getsin" - VİDEO  |     13:04 “Qarabağ”ın almaq istədiyi Emre Mor qərarını verdi  |     12:04 Hüseyn tanınmış azərbaycanlı idmançıya LÜKS AVTOMOBİL HƏDİYYƏ ETDİ - VİDEO - FOTO  |     12:00 Hacı Əliyevin son durumu  |     11:55 Naxçıvan MR-in baş naziri işdən azad olundu  |     10:50 Azərbaycan Kubokunun yarımfinalında REKORD  |     10:47 Cavanşir Məmmədovun son çıxdığı VERİLİŞ - VİDEO  |     09:38 Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması  |    
CityNews.az » Əsas » Türkmənistan Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Əsas / İqtisadiyyat

Türkmənistan Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib


Türkmənistan parlamenti “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”i ratifikasiya edib.


Bu barədə “Neytral Türkmənistan” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, sənəd Türkmənistanın 7-ci çağırış parlamentinin ikinci iclasında ratifikasiya edilib.

“Üçtərəfli sazişin əsas məqsədi dostluq münasibətlərini möhkəmləndirmək, qarşılıqlı faydalı ticarət-iqtisadi əlaqələri inkişaf etdirmək və intensivləşdirməkdir”, - “Neytral Türkmənistan” nəşrində vurğulanıb.

Bildirilib ki, enerji, kənd təsərrüfatı, qida və kimya sənayesi, nəqliyyat və logistika sahələrində Bakı və Ankara ilə uzunmüddətli əməkdaşlıq Aşqabad üçün faydalıdır.

Bu saziş qarşılıqlı maraq doğuran məsələlər üzrə yeni əməkdaşlıq sahələrinin açılmasına töhfə verəcək.

Xatırladaq ki, bu saziş ötən ilin dekabrında Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanıb. /report/