Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Əsas » CinemaPlus-da Transformerlər ilə yay mövsümünün açılışı

Əsas / Kino

CinemaPlus-da Transformerlər ilə yay mövsümünün açılışı


Premium kinoteatr “CinemaPlus Amburan”da açıq hava altında yay mövsümünün təntənəli açılışı keçirilib. Kinoteatr Bilgəh qəsəbəsində, “Amburan Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşir.


CITYNEWS xəbər verir ki, tədbirin keçirilməsinin əsas səbəbi, “Transformerlər” fantastik döyüş filminin yeni hissəsinin, premyeradan öncə baş tutan nümayişi olub. Nəhəng transformer və avtomobillər izləyicilərin maraq mərkəzindəydilər. DJ-in lazer şousu, atəş və işıqla olan performans tədbirə xüsusi ab-hava verib.


“Porsche” şirkəti bu filmin çəkilişlərinə cəlb olunmuş avtomobil modellərini nümayiş edirərək, gecənin baş sponsoru oldu.

Tədbirdə Azərbaycan kino və teatr aktrisası, televiziya aparıcısı, Azərbaycan Respublikasının xalq artisti , Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü - Həmidə Ömərova, Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist - Elman Rəfiyev, Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının prezidenti - Aqil Acalov, “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi - Eldar Qasımov, aktyor Nəsimi Mirzəyev, o cümlədən jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.


Gecə elmi-fantastik janrında çəkilmiş “Transformerlər: Vəhşi Botların Yüksəlişi” Amerika filminin nümayişi ilə başa çatıb. Rejissor Stiven Keyl Jr.dir. Baş rollarda Dominik Fişbek, Entoni Ramos, Pit Devidson, Kolman Dominqo, Piter Dinkleyc, Kristo Fernandes, Ron Perlman, Con Di Macio və Piter Kallen çəkiliblər.


“Transformerlər: Vəhşi Botların Yüksəlişi” - transformerlərin kino kainatının yeddinci filmi və Trevis Naytın “Bamblbi” filminin davamıdır. Yaradıcıların fikrincə, filmin süjeti Optimus Praim xarakterinə yönələcək və françayzanın hərəkəti 90-cı illərin əvvəllərində Nyu-Yorka köçürüləcək. Əsas personajlar - iki arxeoloq təsadüfən qədim sivilizasiya ilə əlaqə quraraq, Maksimallar, Predakonlar və Terrorkonları dünyaya gətirir.


Filmin baş sponsoru “Porsche” avtomobil şirkətidir. Tədbirin təşkilində Brand Media Groups, “Strafor” dekor şirkəti, "FRYDAY Burgers & Fries" restoranı, foto və video "Light in Black" kreativ şirkəti, Animator.az, ASgarden,  “Hillside” premium çaxırları  Red Bull dəstək göstəriblər.


Qeyd etmək istərdik ki, film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq. Həmçinin, “Transformerlər: Vəhşi Botların Yüksəlişi” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.