Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Əsas » Xorvatiya Millətlər Liqasında ilk finalçı oldu - VİDEO

Əsas / İdman

Xorvatiya Millətlər Liqasında ilk finalçı oldu - VİDEO


UEFA Millətlər Liqasında “Dördlər finalı”na start verilib.


İlk yarımfinal oyununda ev sahibi olan Niderland millisi Xorvatiya yığmasını sınağa çəkib. Rotterdamdakı “Feyenoord stadionu”nda keçirilən görüş qonaqların inamlı qələbəsi ilə başa çatıb - 4:2.

Hesabı 34-cü dəqiqədə meydan sahiblərindən Doniell Malen açıb. Andre Kramariç 55-ci dəqiqədə tarazlığı bərpa edib.73-cü dəqiqədə Mario Paşaliç xorvatiyalıları önə keçirib. Lakin əsas vaxta əlavə olunmuş sonuncu - 6-cı dəqiqədə “narıncılar” bərabərlik qolunu vura biliblər. Qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb. 98-ci dəqiqədə Bruno Petkoviç uzaq məsafədən baxımlı qolla hesabı yenidən qonaqların xeyrinə dəyişib. Son nöqtəni isə 116-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Luka Modriç qoyub.

Beləliklə, Niderland seçməsinə qalib gələn Xorvatiya finalda İspaniya - İtaliya cütünün güclüsü ilə qarşılaşacaq./oxu.az/



UEFA Millətlər Liqası
“Dördlər finalı”
Yarımfinal
14 iyun

22:45. Niderland - Xorvatiya - 2:4 (ƏLAVƏ VAXTDA - 0:2)
Qollar: Doniell Malen, 34. Noa Lanq, 90+6 - Andre Kramariç, 55. Mario Paşaliç, 73. Bruno Petkoviç, 98. Luka Modriç, 116
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Rotterdam, “Feyenoord Stadionu”

Qeyd edək ki, “Dördlər finalı”nda həlledici oyun iyunun 18-də keçiriləcək.


VIDEO https://baku.tv/dunyaa/milletler-liqasi-xorvatiya-yigmasi-inamli-qelebe-ile-finala-yukselib