Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Əsas » “ABAD” Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi keçirib

Əsas / Cəmiyyət

“ABAD” Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi keçirib


16 iyun 2023-cü il tarixində “ABAD” publik hüquqi şəxsin təşkilatçılığı ilə Şəki Keramika və Tətbiqi Sənət Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndərim” sərgisi baş tutub.

Citynews xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev,  Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, ictimaiyyət nümayəndələri iştirak ediblər. Qonaqlar Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyətindən, ölkəmizin tərəqqisi, çiçəklənməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən söz açıblar.  

Sonra ABADçıların əl işlərindən, rəsm əsərlərindən və şəkillərdən ibarət sərgi ilə tanışlıq olub. Eksponatlar dekorativ-tətbiqi xalq sənətkarlığının müxtəlif texnikalarında işlənilib. Məhsulların hər biri sərgidən sonra “ABAD” etno-butiklərində satışa çıxarılacaq.

Tədbir çərçivəsində “ABAD”ın ilk qonaq evi olan “Art Hotel by ABAD Guest”in açılışı baş tutub. Qonaqlar şərq üslübünda dizayn edilmiş butik hotelin 8 nömrəsi ilə tanış olublar. Burada 20 nəfərədək qonağı yerləşdirmək imkanı var və hər nömrə zəruri infrastrukturla təmin olunub.


Qonaqlar üçün qədim sənətkarlıq emalatxanalarından yararlanmaq üçün  xüsusi endirimlər nəzərdə tutulur. Burada qış mövsümü üçün restoran,  yay üçün açıq terras təşkil olunacaq.


Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir konsert proqramı ilə yekunlaşıb.