Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Əsas » “ASAN xidmət” BMT-yə üzv ölkələrin dövlət qulluqçularına təlimlər keçəcək

Əsas / Cəmiyyət

“ASAN xidmət” BMT-yə üzv ölkələrin dövlət qulluqçularına təlimlər keçəcək


Azərbaycan Respublikasının  Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdədir.

CITYNEWS xəbər verir ki, səfər çərçivəsində BMT Baş katibinin köməkçisi, BMT-nin Təlim və Tədqiqat İnstitutunun (UNITAR) icraçı direktoru Nixil Set ilə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev arasında görüş keçirilib.  Görüş zamanı Ülvi Mehdiyev UNITAR-ın 60 illiyi münasibətilə qarşı tərəfə təbrikini çatdırıb, ötən dövr ərzində UNITAR ilə Dövlət Agentliyi arasında məhsuldar əməkdaşlığın həyata keçirildiyini, bundan sonra da müvafiq sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəaliyyətlərin davam etməsinin zəruriliyini vurğulayıb.


BMT Baş katibinin köməkçisi, BMT-nin Təlim və Tədqiqat İnstitutunun icraçı direktoru ölkəmizin “ASAN xidmət” modelinin dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın ən qabaqcıl konsepsiyalarından biri olduğunu bildirib. Bu istiqamətdə Dövlət Agentliyi ilə həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu ifadə edən Nixil Set təlim və tədqiqat sahələrində müxtəlif layihələrin icra ediləcəyini bildirib.

Sonra Dövlət Agentliyi ilə UNITAR arasında təlim və potensialın artırılması fəaliyyətləri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədin icrası çərçivəsində Dövlət Agentliyinin nümayəndələri tərəfindən dövlət xidmətlərinin göstərilməsi və burada tətbiq olunan sosial innovasiyalar və digər müvafiq sahələr üzrə insan kapitalının inkişafı istiqamətində UNITAR-ın xətti ilə BMT-yə üzv ölkələrin dövlət qulluqçularına təlimlərin keçirilməsi planlaşdırılır. Eyni zamanda Memorandum “ASAN xidmət”in qabaqcıl təcrübəsinin müxtəlif ölkələrdə təbliği və tətbiqi imkanlarını genişləndirəcəkdir.