Valyuta məzənnəsi:
18:10 "Gözlərimi içəridən kəsib əməliyyat etdilər"  |     17:10 Oğluna aldığı bahalı hədiyyələri nümayiş etdirdi - VİDEO  |     15:14 Elçin Məsiyev Almaniya klubunun matçını idarə edəcək  |     14:53 Mənzurə canlı efirdə makiyajını SİLDİ - VİDEO  |     13:35 Xalq artisti dəbdəbəli evini nümayiş etdirdi - VİDEO  |     13:30 Prezidentin Rixard Raşi ilə təkbətək və geniş tərkibdə görüşləri olub  |     12:23 Həmyerlimiz 48 uşaq doğan 41 yaşlı qadının qonağı olub - VİDEO  |     12:15 "Bacımın müğənni olmağını istəmirəm, əri yığıb dedi ki..."  |     10:45 Sevil-Sevinc “ana oldu” - FOTO  |     10:10 Mbappe ilə bağlı "Real"a pis XƏBƏR  |     09:25 Belçika yığmasının keçmiş futbolçusu vəfat etdi  |     09:23 Bakının qonağı olan Sinem Kobalın baxışları və hərəkəti müzakirə yaratdı - VİDEO  |     18:20 "Real"ın ulduzu 4 ay oynaya bilməyəcək  |     18:11 "Çelsi"nin oyunu azərbaycanlı hakimə tapşırıldı  |     18:05 Ayan ölümlə üz-üzə qaldı  |     17:45 Afət canlı ifa etdi - izləyiciləri ilə "qırğına çıxdı" - VİDEO  |     17:15 "Anam bilir ki, atamı SEVMİRƏM"  |     16:50 "Qarabağ" - "Ayaks" matçına satılan biletlərin SAYI  |     15:20 Dünya yeni müharibə astanasında - Minlərlə əsgər orduya qatıldı  |     13:50 "Qarabağ"la oyun öncəsi "Ayaks"ın heyətində ciddi İTKİLƏR  |    
CityNews.az » Əsas » Söyüdlü sakinlərini provokasiyaya səsləyən, Rusiyada yaşayan Şöhrət Məmmədov adlı şəxsin səs yazısı - AUDİO

Əsas / Cəmiyyət

Söyüdlü sakinlərini provokasiyaya səsləyən, Rusiyada yaşayan Şöhrət Məmmədov adlı şəxsin səs yazısı - AUDİO


İyunun 20-21-də Gədəbəy rayonun Söyüdlü kəndindəki hadisələrlə bağlı sakinlərə provokativ çağırışlar edən daha bir şəxsin səs yazısı yayılıb.

Həmkəndlilərini polisə müqavimət göstərməyə səsləyən şəxs - bir il öncə vətəni tərk edərək Rusiya Federasiyasına gedən Gədəbəy rayonu, Söyüdlü kənd sakini olmuş Şöhrət Fərrux oğlu Məmmədovdur.

Hadisələri uzaqdan seyr edərək kənardan göstərişlər verən M.Şöhrət doğma kəndinin insanlarını hüquq-mühafizə orqanları ilə qarşı-qarşıya qoymaqdan çəkinmir. 

Azərbaycanı, yaşadığı doğma kəndini sonuncu dəfə 08.08.2022-ci il tarixdə tərk edərək Rusiya Federasiyasına gedən hazırda Moskvada yaşayır. O, Afiq Allahverdiyev və digərləri kimi məlum “WhatsApp” qrupuna səs yazıları ataraq insanları ictimai asayişi pozmağa sövq edir.

Şöhrət Məmmədovun sözügedən “Whatsapp” qrupuna atdığı səs yazılarından birində deyilir ki, butulkalara benzin doldurub hüquq-mühafizə orqanlarının əməkdaşlarının üzərinə atmaqla onlara xəsarət yetirin:


“Orada 10 ədəd maşın var. Hərəsindən 1 litr benzin çıxarıb doldurun butulkalara atın. Onlar sizə gözyaşardıcı qaz atırlar. Çırpın o butulkaları kəllələrinə, alışıb yansınlar. Nə durub baxırsınız? Orada durub baxmağın mənası yoxdur. Kənd batıb? Kənd yasdadır, yoxsa nədir? Eviniz yıxılmasın, irəli çıxın. Bu gündən sonra irəli çıxmağın mənası olmayacaq. Gələcək körpələrin qarşısında alnınızı açıq saxlamaq üçün bu gün irəli çıxın”. /oxu.az/

Şöhrət Məmmədovun sakinləri təxribata sürükləyən səs yazısını təqdim edirik:


VIDEO https://t.me/oxuaze/54626