Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Əsas » Priqojin: “Şoyqu və Gerasimov tribunal qarşısına çıxmayınca, dayanmayacağıq” - YENİLƏNİB + FOTO/VİDEO

Əsas / Dünya

Priqojin: “Şoyqu və Gerasimov tribunal qarşısına çıxmayınca, dayanmayacağıq” - YENİLƏNİB + FOTO/VİDEO


“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rostovda ələ keçirdiyi hərbi dairələrdən birində İnquşetiyanın keçmiş rəhbəri, hazırda isə Rusiya müdafiə nazirinin müavini olan Yunus-Bek Yevkurov və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Vladimir Alekseyevlə görüşüb.

Y.Priqojin generallarla hədələyici tonda danışıb. 

O, Yunus-Bek Yevkurovun və Vladimir Alekseyevin diqqətinə çatdırıb ki, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov saxlanılıb hərbi məhkəmə qarşısına çıxarılmayanadək “Vaqnerçi”lər hərəkətlərini dayandırmayacaqlar.

09:13

“Rostov şəhərinə giriş-çıxışı bağlayırıq və Moskvaya doğru irəliləyirik”.

Bunu “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin bildirib.


VIDEO https://t.me/oxuaze/54721

08:55

“Vaqner” rəhbəri Yevgeni Priqojin bildirib ki, “könüllülər” tərəfindən Cənub Hərbi Dairəsi Qərargahı ələ keçirilib. Həmçinin döyüş aviasiyasının uçuşunun qarşısını almaq üçün aerodrom da ələ keçirilib.

Onun sözlərinə görə, “Vaqner” logistika və sanitar bortlara əngəl yaratmayacaq.

VIDEO https://t.me/oxuaze/54720

08:37



“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin də Rostov şəhərindədir.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlarda Y.Priqojin “Vaqner” döyüşçüləri ilə birlikdə Rusiya ordusunun Cənub Hərbi Dairəsinin qərargahına daxil olub.

08:14

Rostov şəhərinə daxil olan “Vaqner” üzvlərinin fotoları yayılıb.

TASS-ın yayımladığı fotolarda maraqlı bir məqam diqqətdən yayınmayıb.

Belə ki, Rostov şəhərinə daxil olan “Vaqner” üzvləri formalarından qruplaşmaya dair bütün nişanları çıxarıblar. Bununla onlar mümkün toqquşmalaradan özlərini qorumağa çalışıblar.


LINK https://t.me/oxuaze/54710