Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |    
CityNews.az » Əsas » “Vaqner”çilər Rusiyaya məxsus daha bir hərbi helikopteri vurdular - YENİLƏNİB + VİDEO

Əsas / Dünya

“Vaqner”çilər Rusiyaya məxsus daha bir hərbi helikopteri vurdular - YENİLƏNİB + VİDEO


“Vaqner” özəl hərbi şirkətinin üzvləri Rusiya ordusuna məxsus daha bir hərbi helikopteri vurublar. 

Bununla bağlı “Vaqner”ə yaxın mənbələr məlumat yayıb. 

Bildirilib ki, helikopter “Vaqner” üzvlərinə hücum etmək istəyib. 

Bundan əvvəl, “vaqner”çilər Rusiya ordusuna məxsus “Mi-8” və “Mi-35” helikopterlərini vurduqlarını bildiriblər.

09:56

Sosial şəbəkələrdə Voronej vilayətində çəkilmiş kadrlar geniş rezonans doğurub.

Oxu.Az xəbər verir ki, görüntüləri paylaşan yerli sakinlər kadrlarda vurulan Rusiya helikopterinin yanmasının əks olunduğunu bildiriblər.

Qeyd edək ki, sözügedən görüntülərin Voronej vilayətinin Pavlovsk rayonunda çəkildiyi bildirilir.


VIDEO https://t.me/oxuaze/54727

05:40

Rostovda Rusiya ordusu ilə “Vaqner” arasında ilk toqquşma olduğu iddia edilən kadrlar yayılıb.

Bu barədə sosial şəbəkənin Rusiya seqmentində paylaşımlar edilib.


VIDEO https://baku.tv/dunyaa/vaqner-rusiya-ordusunun-ilk-toqqusmalari-basladi

Bundan əlavə “Vaqner” rəhbəri Yevgeni Priqojin daha bir açıqlama verib. Yevgeni Priqojinin sözlərinə görə, onlara atəş açan Rusiya ordusuna məxsus zərbə helikopteri məhv edilib.

05:12

“Bu dəqiqələrdə Baş Qərargah rəisi “Vaqner” üzvlərinin kolonlarına aviasiya zərbələri endirməyi əmr edib”.

Bu barədə “Vaqner”in rəhbəri Yevgeni Priqojinin sosial şəbəkədəki müraciətində qeyd olunub.

“Pilotlar bu əmri yerinə yetirməkdən imtina ediblər”, - deyə o qeyd edib.

03:20

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin yeni səsyazısı yayılıb.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkənin Rusiya seqmentində paylaşımlar edilir.

“Bizim bölmələrimiz bütün istiqamətlərdə Rusiyanın dövlət sərhədini keçiblər. Biz Rostova gəlirik. Qarşımızda duracaq hər şeyi məhv edəcəyik. İrəli gedirik, sona qədər”, - deyə səsyazısında qeyd olunur.