Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Əsas » "ASAN xidmət" və BMT birgə tədbir təşkil edib

Əsas / Cəmiyyət / Siyasət

"ASAN xidmət" və BMT birgə tədbir təşkil edib


BMT-nin Cenevrədə yerləşən bölməsində “ASAN xidmət”in və Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəlikl təşkilatçılığı, eləcə də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının və BMT-nin Qadınlar bölməsinin dəstəyi ilə “Tərəqqiyə aparan yol: Effektiv dövlət xidməti və qadınların cəlb olunmasının dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında qarşılıqlı əlaqəsi” adlı paralel tədbir keçirilib.


CITYNEWS xəbər verir ki, tədbir BMT-nin İnsan Hüquqları Şurasının 53-cü sessiyası çərçivəsində baş tutub və 23 İyun - BMT Dövlət Xidmətləri Gününə həsr edilib.

Tədbirin açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti yanından Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BMT Baş katibinin köməkçisi, BMT-nin Təlim və Tədqiqat İnstitutunun (UNITAR) icraçı direktoru Nixil Set və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının bölmə rəhbəri Tod Holand çıxış ediblər.

Ülvi Mehdiyev Prezident İlham Əliyev tərəfindən ölkəmizdə dövlət idarəçiliyi sahəsində həyata keçirilən uğurlu islahatların tərkib hissəsi olaraq yaradılmış “ASAN xidmət” mərkəzlərinin fəaliyyətindən, dövlət xidmətlərinin göstərilməsinin səmərəliliyinin artırılmasında qadınların rolundan və bu sahədə tətbiq olunan sosial innovasiyaların önəmindən bəhs edib. Həmçinin “ASAN xidmət” mərkəzlərində təqdim olunan şəffaf, əlçatan və səmərəli dövlət xidmətlərinin insan hüquqlarının təmin olunması və dayanıqlı inkişaf məqsədlərinə çatmaq baxımından mühüm əhəmiyyət daşıdığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

BMT Baş katibinin köməkçisi, UNITAR-ın icraçı direktoru Nixil Set Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında dövlət xidmətlərinin göstərilməsinin önəmi və bu çərçivədə “ASAN xidmət” kimi qabaqcıl təcrübələrin vacibliyinə toxunub.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının bölmə rəhbəri Tod Holand BMT İnsan Hüquqları Şurasının müvafiq olaraq 2018-ci və 2023-cü illərdə keçirilmiş müvafiq sessiyaları zamanı Azərbaycanın təşəbbüsü ilə qəbul olunmuş “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnaməni və burada qeyd olunan fəaliyyətlərin həyata keçirilməsinin önəmini qeyd edib.
Açılış çıxışlarından sonra Beynəlxalq Dövlət Xidmətləri təşkilatının rəhbərinin müavini Deyvid Boysun moderatorluğu ilə baş tutan sessiyada BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, BMT-nin Qadınlar bölməsi, UNITAR və Malayziyanın nümayəndələri. panelist qismində çıxış ediblər.

Tədbirdə BMT-yə üzv dövlətlərin Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliklərin diplomatları, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının, eləcə də akademik dairələrin 50-dən çox nümayəndəsi iştirak edib.

Dövlət Agentliyinin sədri Cenevrəyə səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirib. Səfər zamanı Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) Baş Direktoru Daren Tanq, BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olga Alqayerova və SDG Lab-in direktoru Özgə Aydoğan ilə görüşlər baş tutub. Görüşlər çərçivəsində “ASAN xidmət”, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, “ASAN İnnovativ İnkişaf İnkişaf Mərkəzi”, eləcə də “ABAD”ın yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib və müvafiq istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.