Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Əsas » “CinemaPlus”da “Qeyri-mümkün missiya” filminin premyeradan öncə nümayişi keçirilib

Əsas / Son xəbərlər / Kino

“CinemaPlus”da “Qeyri-mümkün missiya” filminin premyeradan öncə nümayişi keçirilib


“Amburan Mall” ticarət mərkəzində (Bilgəh qəsəbəsi)  yerləşən “CinemaPlus” premium kinoteatrında Paramount Pictures”ın istehsalı olan “Qeyri-mümkün missiya: Ölümcül intiqam, 1-ci hissə” adlı Amerika casus döyüş filminin premyeradan öncə nümayişi keçirilib.


Bu, “Qeyri-mümkün missiya” franşizasında yeddinci filmdir və büdcəsi 290 milyon dollar təşkil edir. Filmin rejissoru və ssenari müəllifi - Kristofer Makuorridir.

Filmdə baş rolu Tom Kruz ifa edir. Eləcə də Rebekka Ferqyuson, Heyli Etvell, Pom Klementeff, Vanessa Kirbi, Saymon Peqq, Şey Uiqem, Keri Elves, Rob Delani və İndira Varma çəkiliblər.


Film haqqında qısaca: İtan Hant və onun komandası yenidən təhlükləli tapşırığa başlayırlar. Bu dəfə onlar bütün bəşəriyyəti məhv edə biləcək ölümcül silahın axtarışına çıxırlar və onun səhv əllərə keçməməsinə çalışırlar. Milyardlarla insanın həyatını xilas etmək üçün ölümcül yarış başlayır. Baş qəhrəman qüdrətli Qabriel ilə üzləşməli olacaq və qələbə qazanmaq üçün əzizlərini qurban verməyə belə məcbur ola bilər.


Tədbirdə şou-biznes ulduzları, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.

Tədbirin təşkilində Brand Media Groups, “FRYDAY Burgers & Fries” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, “A1” rəqs qrupu, “Luxury party 360” selfi videoçəkiliş, “ЧёткаяOrganic vodka, Bonaqua və Red Bull dəstək göstəriblər.


Qeyd etmək istərdik ki, film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq. Həmçinin, “Qeyri-mümkün missiya: Ölümcül intiqam” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.