Valyuta məzənnəsi:
18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |     13:00 Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb  |     12:30 “Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır  |     12:10 Balaəlinin OXŞARI TAPILDI: "Balaəliyə özündən daha çox oxşayır" - VİDEO  |     11:36 Prezident: İndi biz sülhə doğru gedirik  |     11:35 Azərbaycanda yeni telekanal açıldı  |     11:00 Toyda bəylə gəlinin bu görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     08:24 Çempionlar Liqası: "Bavariya" - "Real" oyununda qalib müəyyənləşmədi  |     21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |    
CityNews.az » Əsas » Uqandada “ASAN xidmət” konsepsiyası əsasında ilk mərkəz açılıb

Əsas / Son xəbərlər / Dünya

Uqandada “ASAN xidmət” konsepsiyası əsasında ilk mərkəz açılıb


 Uqanda Respublikasının Hoima şəhərində “ASAN xidmət” modeli əsasında  fəaliyyət göstərəcək Dövlət Xidmətləri Mərkəzinin açılışı baş tutub. 


CityNews xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti, Uqandanın dövlət xidmətləri naziri Vilson Muruli Mukasa və digər qonaqlar iştirak ediblər.

Azərbaycan və Uqanda bayraqlarının ucaldıldığı tədbirdə öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Uqandalı nazir  Azərbaycan Prezidenti və Dövlət Agentliyinə ölkəsində xidmət mərkəzlərinin yaradılmasına verdiyi dəstəyə görə təşəkkür edib. Eyni zamanda “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərəcək yeni xidmət mərkəzinin Afrikada yerləşən digər ölkələrə də nümunə olacağını qeyd edib.


Ülvi Mehdiyev bu əlamətdar hadisə münasibətilə Uqanda tərəfinə təbriklərini çatdırıb və bundan sonra da “ASAN xidmət”in  dövlət xidmətlərinin təkmilləşdirilməsində dəstəyini ifadə edib.

Ardınca Mərkəzin inzibati binasının qarşısında xatirə lövhəsi yerləşdirilib və burada fəaliyyət göstərəcək xidmətlərlə tanışlıq baş tutub.


Uqandanın ilk regional xidmət mərkəzi olan Dövlət Xidmətləri Mərkəzində  14 dövlət qurumunun 30-dan çox xidməti həyata keçiriləcək.


Tədbir çərçivəsində uqandalı nazirə “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı da təqdim edilib.


Sonda Uqandanın milli musiqiləri və rəqsləri nümayiş etdirilib.


Dövlət Agentliyinin nümayəndə heyəti səfər çərçivəsində bu ölkənin Prezidenti Yoveri Kaquta Museveni tərəfindən qəbul edilib, həmçinin bir sıra nazirliklərdə, qurumlarda işgüzar görüşlər keçirib. Görüşlərdə hər ilk ölkə arasındakı münasibətlərin dərinləşdirlməsi, müvafiq sahələr üzrə əməkdaşlığın inkişaf istiqamətində müzakirələr aparılıb.

21 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Uqanda Respublikasının Dövlət Xidmətləri Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Memorandumun məqsədi Uqanda Respublikasında dövlət xidmətlərinin göstərilməsi sisteminin təkmilləşdirilməsi, bu sahədə idarəetmə bacarıqlarının artırılmasıdır.

Hazırda Dövlət Agentliyi tərəfindən "ASAN xidmət" təcrübəsinin paylaşılması istiqamətində 20 dən çox ölkə ilə əməkdaşlıq davam edir.