Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Mədəniyyət » Kino » “CinemaPlus” kinoteatrında yay mövsümünün möhtəşəm açılışı olub

Kino / Cəmiyyət

“CinemaPlus” kinoteatrında yay mövsümünün möhtəşəm açılışı olub


“Amburan Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında yay mövsümünün möhtəşəm açılışı keçirilib.

Magazinews.Az xəbər verir ki, kinoteatrda musiqi müşayiəti altında əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü. Dekor bütünlüklə, Elton Conun həyatından bəhs edən “Roketmen” bioqrafik myuzikl-filminin parlaq tematikasını əks etdirirdi. Qonaqlar böyük həvəslə kinoteatrda quraşdırılmış səsyazma studiyası formasında olan fotozonada şəkil çəkdirirdilər. Həmçinin, böyük marağa səbəb olan Elton Conun obrazını və furşet masalarının qeyri-adiliyini vurğulamaq istərdik.

Tədbir “CinemaPlus”a premyerasından 6 gün öncə təqdim olunmuş “Roketmen” filminin nümayişi ilə başa çatmışdır.

Filmin rejissoru Dekster Fletçerdir.

Baş rollarda Teron Ecerton, Ceymi Bell və Brays Dallas Hovard yer alıb.

Film haqqında qısa məlumat: Əfsanəvi musiqiçi Elton Conun bütün həyatının əsas mərhələlərindən bəhs edən kinobioqrafiya. İzləyicilər hələ o vaxt Recinald Duayt olan Conun necə Kral Musiqi Akademiyasında təhsil aldığını və necə musiqi olimpinin zirvəsinə qalxdığını görəcəklər.

Tədbirin təşkilində  Amapola Exclusive Events, “Keyf-i Dem” restoranı, Basilur, Fresh Azcake и Ceylan MMC dəstək olublar.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.