Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Son xəbərlər » Prezident İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Son xəbərlər / Siyasət

Prezident İlham Əliyev Volodimir Zelenskini təbrik edib


Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.

Citynews.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan ilə Ukrayna arasında münasibətlərin hazırkı yüksək səviyyəsi xalqlarımızın tarixən təşəkkül tapmış sıx dostluq və qarşılıqlı hörmət ənənələrindən irəli gəlir. Bu iradədən qaynaqlanan və möhkəm təməllər üzərində qurulan dövlətlərarası əlaqələrimizin birgə səylərimizlə dinamik inkişaf edərək yeni mərhələyə yüksəlməsi məmnunluq doğurur. Azərbaycan-Ukrayna əlaqələrinin keçən ilin yanvarında Ukraynaya səfərim zamanı imzaladığımız Birgə Bəyannamədə öz əksini tapmış məram və məqsədlərə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə inanıram.

Cari ilin iyununda Kişineuda Sizinlə görüşümüzü, Azərbaycan-Ukrayna ikitərəfli əlaqələri ətrafında apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.

Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə daim sadiq qalaraq bütün dövlətlərin, o cümlədən Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir. Biz Ukrayna xalqına humanitar yardım məsələlərini daim diqqətdə saxlayır, bundan sonra da lazımi yardım göstərməyə hazır olduğumuzu bildiririk.

Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Ukrayna xalqına sülh və əmin-amanlıq diləyirəm".