Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Mədəniyyət » Kino » "Oyuncaqlar əhvalatı-4" – IMAX-da və şəhər xaricində

Kino / Cəmiyyət

"Oyuncaqlar əhvalatı-4" – IMAX-da və şəhər xaricində


Saqanın dördüncü hissəsini nə üçün izləmək gərəkdir?

"Oyuncaqlar əhvalatı"nın dördüncü hissəsinin planlaşdırılmamasına baxmayaraq, “Pixar” studiyası bu addımı atmağa qərar verdi. Filmin rejissoru vəzifəsinə təyin olunan Con Lasseter studiyanın "hekayəyə qarşı olan sevgisi”ni irəli sürərək, franşızanın davamlı olduğunu söylədi. Lasseter studiyada digər işlərlə məşğul olduğundan, filmin rejissoru Coş Kuli oldu. Tom Henks, Tim Allen, Lori Metkalf, Coan Kyusak kimi ulduzlar "Oyuncaqlar əhvalatı-4" filminin yaradıcı heyətində yer alıb.

Lasseter isə həmin filmin prodüsseri və ssenaristi qismində çıxış edir. "Oyuncaqlar əhvalatı-4"ün hekayəsi Bonni adlı bir qızın məktəbdə çəngəl-bıcaqdan hazırlanan və Vilkins adlanan yeni bir oyuncaq ətrafında baş verir. Vilkins özünün oyuncaq olduğunu bilmir və səfər zamanı itkin düşür. Digər oyuncaqlar isə onun axtarışına səfərbər olur.

“Oyuncaqlar əhvalatı” saqası 24 il əvvəl, 1995-ci ildə başlayıb. Eyni zamanda, yaradıcı heyətin onurğası da eyni qaldı - Lasseter ilk iki hissənin rejissoru idi, digərlərinin prodüsseri və ssenaristi olaraq qaldı. "Oyuncaqlar əhvalatı-4" filmini IMAX formatında sabahdan başlayaraq yalnız “Park Cinema” kinoteatrında izləyə bilərsiniz.

Bundan başqa, film "Park Cinema Zagulba Mall" kinoteatrında nümayiş olunacaq. "Yayda həftəsonunda çoxumuz adətən çimərliklərə üz tuturuq. Kino da bu istirahətin bir hissəsi ola bilər. Məhz bu səbəbdən yaxın zamanlarda “Facebook” səhifəmizdə ən populyar çimərlik məkanlarından “Park Cinema Zagulba Mall” kinoteatrına məsafəni yerləşdirəcəyik", deyə şəbəkənin PR meneceri Rüstəm Fətəliyev bildirib.

Seansların cədvəli isə belədir: http://parkcinema.az/movies/view/7721/oyuncaqlar-ehvalat-4