Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Mədəniyyət » Kino » “Annabelin lənəti 3” premyeradan 2 gün öncə “CinemaPlus”da

Kino / Cəmiyyət

“Annabelin lənəti 3” premyeradan 2 gün öncə “CinemaPlus”da


“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında rəsmi premyerasından 2 gün öncə Dolby Atmos formatında “Annabelin lənəti 3” filminin nümayişi keçirilib.

Bu bizim dünyaya axirət dünyasının pis qüvvələrini gətirən, lənətlənmiş kukla haqqında qorxu filminin yeni hissəsidir.

Magazinews.Az xəbər verir ki, kinoteatrın xüsusi tutqun dekoru qonaqları qorxudub və eyni zamanda çox cəlb edirdi. Həmçinin kinoteatrda musiqi, furşet, alkoqollu və alkoqolsuz içkilər təşkil olunmuşdur.

Qorxu filminin rejissoru Hari Dobermandır.

Filmdə Vera Farmiqa, Makkenna Qreys, Patrik Uilson, Emili Brobst, Medison İsman və başqaları çəkilmişdir.

Qısaca film haqqında: Annabeli gələcək dağıntılar və xaos yaratmaqdan saxlamaq üçün, demonoloq Ed və Lorreyn Uorrenlər şeytan kuklanı öz evində artefakt olan bağlı otağa gətirirlər. Burada onu keşişin xeyir-duası ilə “etibarlı” işıqlandırılmış şüşəyə salırlar. Lakin Annabel otağın zalım cinlərini oyadandan sonra ev sakinlərini zülmətli dəhşət gecəsi gözləyir. Cinlərin yeni hədəfi Uorrenlərin on yaşlı qızı Cudi və onun dostları olur.

Qeyd edək ki, tədbirin təşklində dəstək göstərmişdilər: Portal Games, “Taksim kebap” restoranı, Ganja Sharab, “Banketnaya” arağı, “ Kronenburq 1664 Blanc” pivəsi və Şeh Su.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.