Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Son xəbərlər » “ASAN xidmət” rəqəmsal oyun düşərgəsi keçirir

Son xəbərlər / Cəmiyyət

“ASAN xidmət” rəqəmsal oyun düşərgəsi keçirir


7 sentyabr 2023-cü il tarixində “DİGİAGE - Bakı” rəqəmsal oyun düşərgəsinə start verilib.  

4 gün davam edəcək düşərgə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi Bakı”nın və  Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı, “Code Academy” şirkətinin, Veysəloğlu Şirkətlər Qrupunun və “IBIS Baku City Hotel”in dəstəyi ilə həyata keçirilir.

Açılış mərasimində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov, “Code Academy”nin rəhbəri Ülvi Aslanov, Veysəloğlu Şirkətlər Qrupunun İnformasiya texnologiyaları direktoru Ülvi Babaşov və digər qonaqlar iştirak ediblər.

Düşərgənin məqsədi peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyun hazırlamalarına şərait yaratmaq, layihələrini tanıtmaqdır. Həmçinin dünya bazarına çıxmaq imkanları ilə bağlı onların təcrübə əldə etmələrinə və yeni təşəbbüslərə imza atmalarına dəstək olmaq əsas hədəflərdir.  

267 müraciətçidən qəbul mərhələlərini tamamlayan 92 iştirakçı komanda və ya fərdi formada düşərgədə iştirak edəcək.  

Düşərgə 2023-cü ildə  “İnnovasiyalar Mərkəzi” , “Bilişim Vadisi Bakı” və “Code Academy” arasında imzalanan əməkdaşlıq Memorandumlarına əsasən təşkil olunub. Memorandumların məqsədi texnoloji bacarıqların birgə inkişaf etdirilməsi, təlimlərin keçirilməsidir. Eyni zamanda ölkəmizdə innovativ həllərin tətbiqinə və inkişafına təkan verəcək hakaton, butkamp modeli əsasında layihələrin birgə hazırlanması prioritetlərdir.


8-ci dəfədir təşkil olunan “DIGIAGE” düşərgəsinə bu günə qədər 18 mindən çox müraciət əsasında 4000-dən çox iştirakçı qatılıb. 70-dən çox komandanın 10-dan çoxu şirkətləşib və 7 komandaya 250 000 dollarlıq investisiya edilib. Əsas hədəflər oyun sektorunda inkişaf etmək istəyən fərdi iştirakçılara, komandalara, şirkətlərə mentorluq dəstəyi göstərmək və investisiya əsasında ekosistemi böyütməkdir.