Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Son xəbərlər » ŞOU-BİZNES "Haqqınızı halal edin, ocağı sönənlər" - Sənət adamlarının Anım günü ilə bağlı PAYLAŞIMLARI

Son xəbərlər / Maqazin

ŞOU-BİZNES "Haqqınızı halal edin, ocağı sönənlər" - Sənət adamlarının Anım günü ilə bağlı PAYLAŞIMLARI


Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bununla bağlı sosial şəbəkədə minlərlə paylaşım edilib. 

Sənət adamları da Anım günü ilə bağlı paylaşımlar ediblər. Onlar arasında Xalq artistləri Aygün Kazımova, Nəzakət Teymurova, Mehriban Zəki, Brilliant Dadaşova və başqaları Vətən müharibəsi şəhidlərinin xatirəsini anıblar. 

B.Dadaşova "İndi həm düşünən, həm ağlayıb, gülən, xəyallarda yaddaşıma bürünən, şad xuraman görünən, yaralı bir ürəyəm, fırtınayam, küləyəm. Gah arzu, gah diləyəm. Düşmənə qarşı ola bilmədim qəddar. Kökümdə var mərhəmət, yaxşıyam, deyiləm özümə görəyəm. Yaralarımdan axan qan kimi bir giləyəm. Məni qınamayın, rəhimliyəm mən beləyəm... Yaşasam da,ölsəm də vətənimə gərəyəm..." deyə, paylaşımında yazıb. 

Aparıcı Afaq Gəncəli isə paylaşımında "30 illik işğal tarixini 44 günlük zəfər tarixi ilə əvəz edən şəhidlərimizi hörmətlə, qürurla anırıq. Müqəddəs qanınızla yoğrulan torpaqda ucaltdığınız üçrəngli bayraq dalğalandıqca ruhunuza minnətdarıq... Azərbaycan xalqı Sizi heç vaxt unutmayacaq!" sözlərini qeyd edib. 

Meyxanaçı Namiq Qaraçuxurlu isə "Haqqınızı halal edin, ocağı sönənlər! Qürurunuz təsəllimizdir!" sözləri ilə şəhidlərin xatirəsini anıb.