Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Əsas » Azərbaycanın Qranada görüşündən imtina etməsinin səbəbləri

Əsas / Son xəbərlər / Siyasət

Azərbaycanın Qranada görüşündən imtina etməsinin səbəbləri


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Avropa İttifaqı (Aİ), Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya (Qranada şəhərinə) getməkdən imtina edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunun bir sıra səbəbləri var.

Belə ki, Fransanın destruktiv mövqeyi, eləcə də, Paris və Berlinin Türkiyənin toplantıda iştirakı ilə bağlı fikir ayrılığı şəraitində Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.

Bundan başqa, ötən gün İrəvana səfərə gələn Fransa XİN başçısı Ketrin Kolona yenidən anti-Azərbaycan bəyanatları ilə diqqət mərkəzinə düşüb. "Ermənistan Respublikasının ərazi bütövlüyünü təhdid edən istənilən hərəkətə çox sərt cavab veriləcək" deyən Fransa dövlət rəsmisi Qranada görüşü öncəsi Bakı ilə İrəvan arasında vəziyyəti gərginləşdirməyə hesablanmış bu açıqlamaları yalnız Ermənistanın militarizasiya prosesini sürətləndirməyə xidmət edir.

Bunlar azmış kimi Fransa xarici işlər naziri Ketrin Kolonnanın Ermənistandakı görüşlərində saxta "blokada" və "məcburi köçürmə" hekayəsini təkrarlaması sülhə xidmət etmir. Onun "Fransa hər zaman Ermənistanın tərəfindədir" ifadələri, nəhayət ki, Fransanın vicdanlı vasitəçi və neytral vasitəçi olmaq iddialarının reallığı əks etdirməyini nümayiş etdirdi. Fransa XİN başçısının Ermənistanı silahlaındırmaq istiqamətində etdiyi açıqlamalar isə rəsmi Parisin əsl niyyətinin, məqsədinin nədən ibarət olduğunu növbəti dəfə ortaya qoyur.

Bunun bir adı var: Fransa blgədə eskalasiya riskinin artmasında, Cənubi Qafqazın yenidən barıt qoxmasında maraqlıdır. Elə bu məqsədlə də Paris Ermənistanı uzun müddətli terror müharibəsinə və xüsusən Azərbaycana qarşı terrora hazırlaşdırmaqda israrlı görünür.

Prezident İlham Əliyev Qranada görüşü ərəfəsində Azərbaycan əleyhinə çıxışlar edərək, bölgədə gərginliyi pik həddə çatdırmağı hədəfləyən, sülh danışıqlarına mane olmağa çalışan Fransanın regional məsələlərdə iştirakını qəbuledilməz hesab etdiyi üçün normallaşma prosesində Fransanın iştirakını məntiqəuyğun hesab etməyib.