Valyuta məzənnəsi:
18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |     13:00 Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb  |     12:30 “Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır  |     12:10 Balaəlinin OXŞARI TAPILDI: "Balaəliyə özündən daha çox oxşayır" - VİDEO  |     11:36 Prezident: İndi biz sülhə doğru gedirik  |     11:35 Azərbaycanda yeni telekanal açıldı  |     11:00 Toyda bəylə gəlinin bu görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     08:24 Çempionlar Liqası: "Bavariya" - "Real" oyununda qalib müəyyənləşmədi  |     21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |    
CityNews.az » Son xəbərlər » Cüdoçularımız dünya çempionatında 2-ci yeri tutdu

Son xəbərlər / İdman

Cüdoçularımız dünya çempionatında 2-ci yeri tutdu


Azərbaycan cüdoçuları Portuqaliyanın Odivelas şəhərində keçirilən dünya çempionatının fərdi yarışlarında 1 qızıl və 2 gümüş medal qazanıb, 3 cüdoçumuz isə sıralamada 5-ci yerdə qərarlaşıb. Fərdi yarışlarda Azərbaycan yığması medal əyarına görə, ümumi hesabda və oğlanlar arasında 2-ci yeri tutub.

Yarışda Azərbaycan 11 çəki dərəsində 8 oğlan və 7 qız cüdoçu ilə təmsil olunub.

Dünya çempionatının fərdi yarışlarının ilk günündə oğlanlar arasında -60 kq. çəkidə Nizami İmranov final görüşündə yaponiyalı idmançı Yamato Fukuda ilə güclərini sınayıb. Nəticədə Nizami yarışın gümüş medalını əldə edib. Qızlar arasında -48 kq. çəki dərəcəsində Könül Əliyeva yarışı 5-ci yerdə tatamlayıb.

Çempionatının ikinci günündə -73 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Vüsal Qələndərzadə yarışın qızıl medalına sahib olub. Final qarşılaşmasında Vüsal müstəsna bacarıq və əzmkarlıq nümayiş etdirərək, əlavə vaxtda "seoi-otoshi" fəndi ilə Amerika Birləşmiş Ştatları təmsilçisi Cek Yonezuka üzərində parlaq qələbə qazanaraq dünya çempionu titulunu əldə edib. 

Yarışın üçüncü günündə oğlanlar arasında -90 kq. çəkidə Vüqar Talıbov final görüşündə yaponiyalı idmançı Komey Kavabata ilə güclərini sınayıb. Nəticədə Vüqar yarışın gümüş medalını əldə edib. -81 kq. çəki dərəcəsində Ömər Rəcəbli 5-ci yerlə kifayətlənib.

Fərdi yarışların sonuncu günündə isə oğlanlar arasında +100 kq. çəkidə Ramazan Əhmədov 5-ci yerə çıxıb.

İdmançılarımızı təbrik edirik!