Valyuta məzənnəsi:
18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |     13:00 Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb  |     12:30 “Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır  |     12:10 Balaəlinin OXŞARI TAPILDI: "Balaəliyə özündən daha çox oxşayır" - VİDEO  |     11:36 Prezident: İndi biz sülhə doğru gedirik  |     11:35 Azərbaycanda yeni telekanal açıldı  |     11:00 Toyda bəylə gəlinin bu görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     08:24 Çempionlar Liqası: "Bavariya" - "Real" oyununda qalib müəyyənləşmədi  |     21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |    
CityNews.az » Son xəbərlər » "Tiktokdan 10 min qazanmışam, 7 min cərimə gəlib"

Son xəbərlər / Maqazin

"Tiktokdan 10 min qazanmışam, 7 min cərimə gəlib"


Dövlət Vergi Xidməti model Səmra Hüseynovanı cərimələyib.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bu haqda model özü məlumat yayıb.
Səmra ilk olaraq nazirliyin onu "TikTok"dakı canlı yayımlarına və orada qazandıqlarına görə (canlı yayımda göndərilən hədiyyələr sayəsində pul qazanırlar - red.) 7886 manat 57 qəpik dəyərində cərimələnib. Qrum bununla bağlı modelə məktub göndərib. 

Səmra məsələ ilə bağlı bunları bildirib:

"Sentyabrın 6-da Dövlət Vergi Xidmətindən mənə göndərilən sənədə əsasən "TikTok"dakı fəaliyyətimə görə, 1144 manat 65 qəpik cərimələnmişəm və ödəmişəm. Sonra isə sözügedən qurum mənə yenidən sənəd göndərir ki, sizin 7886 manat 57 qəpik dəyərində cərimə borcunuz var. Bu məbləği ödəməlisiniz. Bu nə dərəcədə doğrudur? Axı hansı qanunvericilikdə bu haqda məlumat var?"
İşsiz, evsiz bir insan "TikTok"dan gəlir əldə edib, 7886 manat 57 qəpik pul ödəməyi harada görünüb? Mənim o qədər pulum olsa, gedib ev alaram. Oradan gələn jetonların sayı cəmi 2 milyondur. O da 10 min manat pul edir. 10 min manat pula mən necə 7886 manat 57 qəpik pul ödəyə bilərəm?
Büdcəmdə o qədər pul yoxdur ki, mənə yazılan o cəriməni ödəyim. O cəriməni ödəməyəcəyəm. Sizdən tələb edirəm, yazılan o əsassız cəriməni siləsiniz. Çünki mən 1144 manat 65 qəpik evimin kirayəsini deyil, sizin kəsdiyiniz cəriməni ödəmişəm".
Səmra daha sonra yenidən paylaşım edərək "VÖEN-im bağlı olduğu halda özləri açıb. Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Məhəmməd Yunusovun qəbuluna gəlmişəm, məni qəbul etmir" sözlərini yazıb.