Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Əsas » Yupiterin peykinin fotoları yayıldı - FOTO

Əsas / Son xəbərlər / Maraqlı

Yupiterin peykinin fotoları yayıldı - FOTO


Amerika Birləşmiş Ştatlarının Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yupiterin beşinci peyki olan İonun yeni şəkillərini dərc edib.

Bu barədə Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

İo peykinin 11700 kilometrliyindən keçən "JunoCam" avtomatik planetlərarası peyki vasitəsilə şəkillər çəkilərək Yerə göndərilmiş fotoşəkillərdə bulanıq yaşıl rəngli, naxışlı gölləri görmək mümkündür ki, bunlar da lava axınlarıdır.

Günəş sistemindəki digər obyektlərə nisbətən İoda vulkan püskürmələri daha aktivdir. Peykdəki aktiv vulkan püskürmələrinin əsas səbəbi Yupiter və onun digər peyklərinin güclü cazibəsi nəticəsində əmələ gələn tektonik aktivlikdir. İonun səthində ətrafa böyük miqdarda kükürd və digər maddələri atan 400-dən çox aktiv vulkan mövcuddur.

Qeyd edək ki, "JunoCAM"ın 2025-ci ilin sentyabrına qədər davam edəcək missiyası indiyədək peykin ətrafında əlliyə yaxın uçuş həyata keçirib. Bundan sonrakı dövrdə aparatın peykə daha yaxın məsafədə uçacağını nəzərə alaraq yeni, daha detallı şəkilləri çəkərək yerə ötürəcəyi gözləniləndir.