Valyuta məzənnəsi:
20:35 Azərbaycanlı aparıcıdan MARAQLI RƏQS - VİDEO  |     20:35 Ulduz futbolçu “Çelsi”dən gedir  |     20:30 Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO  |     20:11 Atasına görə efirdə göz yaşı tökdü - VİDEO  |     19:15 Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı  |     19:08 Səmranın idman zalından paylaşımı GÜNDƏM OLDU - VİDEO  |     18:36 Zeynəb kriteriyalarını SADALADI: "Boyu elə olsun ki..." - VİDEO  |     18:06 Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb  |     17:51 Baş nazirdən su təchizatı ilə bağlı qərar  |     17:44 Damlanın estetiksiz halı - VİDEO  |     17:25 Stoltenberq: Ukrayna NATO-nun üzvü olacaq  |     17:03 Ançelotti Ardaya görə ulduz futbolçuların üstündən xətt çəkdi  |     16:53 "Mənə salam vermirlər" - VİDEO  |     13:25 Bakıda yeni park salınacaq  |     11:20 “Qarabağ”ın 30 oyunluq seriyası qırıldı  |     18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |    
CityNews.az » Əsas » Prezident: Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var

Əsas / Son xəbərlər / Siyasət

Prezident: Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var




Bərpaolunan enerji sahəsinə investisiyalar Azərbaycana böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə olunur.

AZƏRTAC bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib.

"Bu investisiyalar bizə böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə edilir. Söhbət ixrac üçün qənaət ediləcək bir neçə milyard kubmetr təbii qazdan gedir. Çünki son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var", - deyə dövlətimizin başçısı qeyd edib.

Azərbaycanın Xəzər dənizindəki yataqlardan Avropaya qədər uzanan 3.500 kilometrlik qaz boru kəmərini vaxtında istismara verdiyini xatırladan Prezident İlham Əliyev deyib ki, bu, daha geniş regionun enerji təhlükəsizliyinə daha bir töhfə olacaq.