Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Son xəbərlər » “Qızlar universitetlərə şəhvət doğuracaq geyimdə gedirlər” - Deputatdan qalmaqallı açıqlama

Son xəbərlər / Cəmiyyət / Əsas / Təhsil

“Qızlar universitetlərə şəhvət doğuracaq geyimdə gedirlər” - Deputatdan qalmaqallı açıqlama


"Təəssüf ki, qızlar universitetlərə və məktəblərə qısa geyimdə gedir, şəhvət doğuracaq, bayağı geyimlər geyinirlər. Bu, çox ciddi məsələdir. Universitet rəhbərləri də buna icazə verirlər. Həmin universitet rəhbərlərini qınayıram. Əlimdə imkan olsaydı, onları bir gün də vəzifədə saxlamazdım".

Citynews.Az Pravda-ya istinadla xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

O əlavə edib: "Bilirsiniz ki, mən həmişə abır-həyanın qorunmasının tərəfdarı olmuşam. Təhsil müəssisəsi eyni zamanda təlim-tərbiyə yeridir. Belə tərbiyə vermək olarmı? Bəzən valideynlər barışırlar ki, hamı belədir, yaxud bəzilərinin heç xəbərləri olmur ki, uşaqları evdən çıxandan sonra gedib paltarlarını dəyişirlər".

T. Kərimli qeyd edib: "Hətta müsəlman olmayan xarici dövlətlərdə belə universitetlərin xüsusi geyimləri var, təhsildən yayındıran, insanı pis, şeytani yollara salan bu cür paltarlar geyinilməsinə icazə vermirlər. Bu qaydalar təkcə universitetlərdə yaradılmamalıdır. Ən azından, Elm və Təhsil Nazirliyi direktiv göstəriş verməli, qərar qəbul etməlidir ki, şagirdlər, tələbələr məktəblərə və universitetlərə abır-həya gözlənilən paltarda gəlsinlər. Görünür, artıq başqa üsul qalmır. Çünki televiziya və sosial şəbəkələrin maarifçiliyi təbliğ etmədiyi, əksinə əxlaqsızlıq yaydığı bir dövrdə başqa yol yoxdur. Gərək, bu işə dövlət, hökumət özü əl qoysun".

Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.