Valyuta məzənnəsi:
18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |     13:00 Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb  |     12:30 “Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır  |     12:10 Balaəlinin OXŞARI TAPILDI: "Balaəliyə özündən daha çox oxşayır" - VİDEO  |     11:36 Prezident: İndi biz sülhə doğru gedirik  |     11:35 Azərbaycanda yeni telekanal açıldı  |     11:00 Toyda bəylə gəlinin bu görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     08:24 Çempionlar Liqası: "Bavariya" - "Real" oyununda qalib müəyyənləşmədi  |     21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |    
CityNews.az » Cəmiyyət » Zaur Darabzadə: “CinemaPlus”da fiziki məhdudiyyətli insanlar üçün film izləməyə imkan yaradılıb

Cəmiyyət

Zaur Darabzadə: “CinemaPlus”da fiziki məhdudiyyətli insanlar üçün film izləməyə imkan yaradılıb


Bu yaxınlarda “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Biznesin inkişafı departamentinin direktoru Zaur Darabzadə “İnstagram” səhifəsində maraqlı paylaşım edib.

Paylaşımda qeyd olunur ki, CinemaPlus kinoteatlarlarında (Gənclik Mall, Azərbaycan, Amburan Mall, Gəncə Mall) fiziki məhdudiyyətli insanlar üçün zallarda xüsusi yerlər ayrılıb.

Zaur Darabzadə bildirib ki, xarici ölkələrdə olanda hər bir ictimai yerdə fiziki məhdudiyyətli insanları görüb və düşünürdü ki, Azərbaycanda fiziki məhdudiyyətli insanlar az olduğu üçün ictimai yerlərdə onları görmək nadir haldır.
Bu məsələyə daha diqqətli fikir verdikdən sonra anladı ki, ölkəmizin bir çox ictimai yerində onlar üçün şərait yoxdur. Dünyanın bir çox yerində fiziki məhdudiyyətli insanlar üçün xüsusi şərait yaradılır. CinemaPlus kinoteatlar şəbəkəsi öz növbəsində, girişlərdə olan pilləkənlər düz dəhliz ilə əvəz etdi, kino zallarda xüsusi yerlər ayırdı.

“CinemaPlus Azərbaycan” filialında isə xüsusi liftlər quraşdırılıb. Bundan əlavə, kinoteatrların növbətçi administratorları hər zaman köməklik göstərməyə hazırdırlar.