Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Mədəniyyət » Kino » “Sevgi Romanı” təqdim edildi – FOTO/VİDEO

Kino / Cəmiyyət

“Sevgi Romanı” təqdim edildi – FOTO/VİDEO


Ötən gün Nizami Kino Mərkəzində baş rollarında Oksana Rəsulova, Azər Aydəmir, Şəhriyar Əbilov və Zümrüd Bədəlovanın oynadığı “Sevgi Romanı” filminin təqdimatı keçirilib.

"Oksi Media Production"un ərsəyə gətirdiyi dram janrında olan növbəti filminin rejissoru Vüsal HacıQədirdir. Ekran işinin senari müəllifi isə aktyor Azər Aydəmirdir. 

Filmin mövzusuna gəlincə isə Cəmilə varlı bir iş adamının qızıdır. O, atasının iş ortağının oğlu Xanlarla ailə qurur. Cəmilənin seçiminin yalnış olduğu isə onun atasının ölümündən sonra üzə çıxır. Həyatı cəhənnəmə çevrilən qız atasının ölümü barədə həqiqətləri öyrəndikdən sonra qaçmaq qərarına gəlir. Əri Xanlar onun izinə düşməyə başlayır. Çünki Cəmilənin var-dövlətinə sahib çıxmaq üçün onun razılığı lazımdır. Qaçış vaxtı o, təsadüfən Eldarla rastlaşır. O, kömək edərək, Cəmiləni ərinin adamlarının əlindən alır. Daha sonra ikili arasında eşq yaranmağa başlayır. Lakin olaylar bundan sonra fərqli məcraya yönəlir. Cəmilə rastlaşdığı daha bir şok olayla böyük xəyal qırıqlığı yaşayır.

Qala gecəsinə çoxlu sayda məşhur şou və incəsənət nümayəndələri qatılaraq səbəbkarları yalnız buraxmayıblar.

İlk olaraq, filmin yaradıcı heyəti qırmızı xalıya dəvət edilib. Onlar filmin “Brand Wall”nun önündə media nümayəndələrinin onlara ünvanladığı sualları cavablayıblar.

Onlar izləyicilərin fikrlərinin önəmindən, filmləri ilə lazımlı mesajlar vermək, insanları göbəkdən aşağı deyil, beyindən yuxarı düşündürmək istədiklərini bildiriblər. Bu filmdə sevgidən çox təbliğata yer ayrılıb. Gənclər baxaraq başqalarının səhvini təkrarlamasınlar. Tamaşaçıları isə kinolarımıza gələrək, mədəniyyət və filmlərimizi inkişaf etdirməyə səsləyiblər.

Ekran işində əsas obrazlardan birinə həyat verən rəqqasə-aktrisa Oksana Rəsulova filmləri barədə məlumat verib:

“Şəhriyar dostumdur, ”Lal Yuxu” serialında baş qəhrəman idik. İnsanlar bizi çox sevdiyini və yaraşdığımızı dedilər. Bizə mütləq bir film çəkməyi məsləhət bildilər. Biz də onların arzularını həyata keçirdik. Film bazarında əsas komediya janrıdır. Bizim maliyyə itkilərimiz olsa da, dayanmırıq. Son iki ildə komediya filmlərinin reytinqi olmur. Tamaşaçılarımız drama meyillidir. Yaşamadıqları hissləri filmlərdə görmək istəyirlər. Filmə baxanlar özlərini görəcəklər. Filmin çəkilişlərində altı rəqqas iştirak edib. Bu barədə danışmaq mənim üçün çox çətindir. Rəqqaslardan biri Hacıyev Cavid dünyasını dəyişdi. Bu gün onun qardaşı və anası aramızda əyləşib. Allah ona rəhmət etsin. Filmimizi onun xatirəsinə həsr edirik”.

Daha sonra filmin nümayişi olub. Ekran işi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Yaradıcı heyət səhnəyə çıxaraq, qonaqlara təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, film artıq Nizami Kino Mərkəzi və Park Cinema Kinotearlarında nümayişdədir.


Tural Hüseyn 
Fotolar: Kərim Abbasov, Nuran Məmmədov, Ramin Qurbanov
Magazinews.Az