Valyuta məzənnəsi:
20:35 Ulduz futbolçu “Çelsi”dən gedir  |     20:30 Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO  |     19:15 Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı  |     17:51 Baş nazirdən su təchizatı ilə bağlı qərar  |     13:25 Bakıda yeni park salınacaq  |     18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |    
CityNews.az » Son xəbərlər » İcraiyyə Komitəsinin iclası keçirildi

Son xəbərlər / İdman

İcraiyyə Komitəsinin iclası keçirildi


Azərbaycan Şahmat Federasiyasında (AŞF) İcraiyyə Komitəsinin 2024-cü ildə ilk iclası keçirilib.

İclasda çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov dövlət tərəfindən şahmata və şahmatçılara daim diqqət və qayğının göstərildiyini xatırladıb. Məhz bunun nəticəsində bu günlərdə Kanadada keçirilən İddiaçılar Turnirində dünyanın güclü 8 şahmatçısı sırasında Azərbaycan təmsilçisinin də yer aldığı vurğulanıb. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdan sonra N.Abasovun İddiaçılar Turnirində iştirak edən üçüncü azərbaycanlı şahmatçı olduğu bildirilib. 

Yeniyetmə şahmatçı Xaqan Əhmədin FIDE-nin Şahmat Akademiyasında hazırlığı, eləcə də dünyanın tanınmış mütəxəssisləri Vladimir Çuçelov və Boris Gelfandın azərbaycanlı şahmatçılarla təlimləri barədə İcraiyyə Komitəsinin üzvlərinə məlumat verilib. 

İclasda peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə şahmatı tədris edən məşqçilərin sertifikatlaşdırması, o cümlədən Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək kişi və qadın şahmatçılardan ibarət Azərbaycan komandalarının heyəti müzakirə olunub. Federasiyanın logosunun müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə rebrendinqə ehtiyac yaranması barədə fikir mübadiləsi aparılıb. 

Yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi Fərid Abbasov Azərbaycan Şahmat Federasiyasının nəzdində yaradılan Şahmat Akademiyasının fəaliyyəti barədə geniş məlumat verib. Akademiyada çalışan məşqçi və şahmatçıların hazırlıq proqramı açıqlanıb. 

Sonda 2024-cü ildə keçiriləcək yarışların təşkilatı işləriylə bağlı məlumatlar dinlənilib.